“Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihəsi

Azərbaycan Kinematoqrafçılar İttifaqı, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihəsinə qəbul elan edir.

Bu layihə Sentyabr, Oktyabr 2022-ci il tarixlərini əhatə edəcək və ssenari üzrə intensiv iş layihəsidir. Layihənin Şəki mərhələsi 20-30 sentyabr radələrində baş tutacaq. Bakı mərhələsinin dərs saatları və günləri iştirakçılar və təlimçinin ortaq qərarı ilə müəyyənləşdiriləcəkdir.

Layihə ssenari barədə daha dərin biliklər öyrənmək istəyən, o cümlədən qaralama formasında da olsa, yazı işi olan və bu layihələrin daha əhatəli işlənməsinə ehtiyacı olan qadın müəlliflər üçündür.

Şəki mərhələsində ilkin biliklərin gücləndirilməsi və əhatələndirilməsi nəzərədə tutulursa, növbəti Bakı mərhələləri müəlliflərin ssenarisi üzərində praktiki iş üçündür. 

Layihədə iştirakın şərtləri aşağıdakılardır:

(Əmin olun ki, layihəyə müraciət etməzdən əvvəl şərtlərlə yaxından tanış olmusunuz)

  • Müraciətçi 23 yaşdan yuxarı olmalıdır.
  • Ssenarist olmaq istəyən,ən azı qaralama formasında ssenarisi olan namizəd ( rejissor, müxbir, jurnalist, yazıçı və hətta bu sahədə müəyyən baza bilikləri olan gənc müəllif)
  • Ssenari üzrə daha çox ixtisaslaşmağa ehtiyacı olan yaradıcı şəxs. 
  • Müraciətçi indiyə qədər ssenari üzrə ən əsas baza biliklərə sahiblənməlidir. 
  • Yazı nümunəsi ya qısametraj bədii film üçün ssenari ( və ya hekayə) və ya tammetraj filmin 5-12 səhifəlik tritmenti üçün nəzərdə tutulmalıdır.
  • Nümunənin loglayn, sinopsis və ideya forması ilkin mərhələ versiyasında olsa da, hazır olmalıdır.
  • Professional olaraq ssenarist kimi fəaliyyət göstərən müraciətçilər layihəyə müraciət edə bilməz.
  • İştirak pulsuzdur. Layihənin hər üç mərhələsinin ödənişləri təşkilatçılar tərəfindən ödənilir.
  • Bütün müraciətlər seçim komitəsi tərəfindən dəyərləndiriləcəkdir. Əmin olun ki, bütün suallar əhatəli cavablandırılıb. Əks halda komitə yarımçıq müraciət forması doldurulduğu üçün müraciəti avtomatik olaraq seçməmək hüququnu özündə saxlayır.

 

Layihənin seçim prosesi aşağıdakı kimi baş tutacaq.

  1. Yazılı müraciət forması.
  2. 1-ci mərhələni uğurla başa vuran namizədlərin müsahibə mərhələsinə dəvət edilməsi.
  3. Finalistlərin müsahiblər arasından seçilərək elan edilməsi.

Layihənin icra müddəti aşağıdakı kimidir.

  1. Birinci Şəki mərhələsi.
  2. İkinci praktiki Bakı mərhələsi.
  3. Üçüncü nəzəri və tətbiqi Bakı mərhələsi
  4. Dördüncü layihələrin juri qarşısında təqdimat mərhələsi.
  5. Bağlanış və sertifikatların təqdim olunması.

Hər hansı sualınız yaranarsa [email protected] email ünvanına öz suallarınızla müraciət etməkdən çəkinməyin.

Layihəyə müraciət linki: https://forms.gle/xZqWongrwLh7VbM59

Layihəyə müraciət üçün son tarix 6 sentyabr 2022-ci ildir. ( 6 sentyabr da daxil olmaqla) 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az