Şənbə, 21 İyun, 2025

"Korporativ satış üzrə assistent" vakansiyası


  • Dərc edildi: 21 Fevral, 2024 - 19:12
"Korporativ satış üzrə assistent" vakansiyası

Holdinqimizə daxil olan "Caspian Equipment Company"-yə "Korporativ satış üzrə assistent" axtarırıq.


Namizədə olan tələblər:
 
·           Təhsil: Ali təhsil;
·           Azərbaycan dili səlis, rus dili biliyi arzuolunandır;
·           MS Word və MS Excel proqramları üzrə bilik; 
·           Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı; 
·           1C proqramında işləmək bacarığı olmalı; 
·           Satış sahəsində 1 ilə qədər iş təcrübəsi arzuolunandır.


Vəzifə öhdəlikləri:
-         Alqı-satqı müqaviləsinin və qiymət razılaşdırılma protokolunun hazırlanması və şirkətdaxili rəsmi təsdiqlənmənin təmin edilməsi; 
-         Korporativ müştərilərlə qarşılıqlı borclar üzrə üzləşmə aktlarının hazırlanması və satış mütəxəssisinə şirkətdaxili təsdiqlənmənin təmin edilməsi; 
-         Sifarişlərin 1C proqramına daxil olunması və məhsulların müştəriyə çatdırılması üçün korporativ satış tərəfindən tələb

olunan sənədlərin təmin olunması; 
-         Korporativ müştərilərlə rəsmi sənədlərin yerdəyişməsinə və arxivləşdirilməsinə nəzarət edilməsi; 
-         Anbarda olmayan məhsullar üzrə korporativ satış qiymətinin təyin olunmasının təmin edilməsi; 
-         Kommersiya təkliflərinin hazırlanmasında satış mütəxəssislərinə dəstək olunması; 
-         Aylıq,rüblük və illik korporativ satış hesabatlarının hazırlanmasına dəstək olunması.
 
 
İş şərtlərimiz:
 
·           Əmək haqqı: 637 – 700 AZN nett;
·           İş qrafiki : Tam iş günü (5 gün);
·           İş saatları: 08:30-17:30;
·           İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
·           Servis xidməti.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış üzrə assistent” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 78
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 735
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 178
Sertifikatlaşdırmada...