Gənc İstedadlar Proqramı - Uğurlu karyera üçün ilk addımını at!

Məqsədimiz nədir?

SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərin inkişafına dəstək olmaq üçün Gənc İstedadlar Proqramına start verir. Proqrama qoşularaq şirkətimizin peşəkar kadrları ilə birlikdə çalışmaq və bir çox iri layihələrdə iştirak etmək fürsətini əldə etmiş olacaqsınız. Məqsədimiz gənclərin yalnız texniki bacarıqlarını inkişaf etdirmək deyil, həmçinin onları korporativ mühitlə tanış etmək, onlara təşkilati dəyərləri öyrətmək və onları iş həyatına hazırlamaqdır.

Proqram sizə nə vəd edir?

Proqram 5 ay ərzində gənclərə SOCAR-da istehsalat təcrübəsində iştirak etmək, ixtisas biliklərinin və davranış səriştəliklərinin inkişaf etməsi üçün təşkil olunan təlimlərdə iştiak etmək, müəyyən edilmiş təqaüddən yararlanmaq imkanı verir. Proqramın sonunda öz bilik və bacarıqları ilə seçilən peşəkar və perspektivli gənclər işlə təmin olunma imkanı əldə edirlər.

Gənc İstedadlar Proqramına kimlər müraciət edə bilər?

Proqrama aşağıdakı ixtisaslar üzrə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavr pilləsinin sonuncu kursunda və magistatura pilləsində təhsil alan, həmçinin son 3 il ərzində təhsilini başa vurmuş məzunlar müraciət edə bilərlər. Proqrama iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan tələblərə cavab verməlidir:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Yaşı 29-dək olmalı;
  • Məzunlar tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməli;
  • Tələbələr tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin sonuncu kursunda və ya magistratura pilləsində təhsil alan tələbə olmalıdır;
  • Bakalavr ixtisası müraciət etdiyi ixtisasa uyğun olmayan, ixtisasını dəyişmiş tələbələr magistaturanın ikinci kursunda təhsil almalıdır;
  • Proqram dövründə SOCAR və ya digər bir işəgötürənlə əmək münasibətlərində olmamalıdır;
  • Namizədin cari proqram dövrü ərzində yalnız bir elektron müraciəti nəzərə alınır və bir ixtisas üzrə namizədliyi qəbul edilir.
  • Müraciət edən məzunların Təhsil müəssisəsinin təqdim etdiyi rəsmi transkriptə əsasən CumGPA 2.5-dən yuxarı, digər qiymətləndirmə sistemində isə 75%-dən yüksək olmalıdır. Müraciətçilər universitetdən alınmış rəsmi transkripti qoşmaya əlavə etməlidir. Təhsilini davam etdirən tələbələrin transkriptində müraciət dövründən əvvəlki semesterin qiymətləri mütləq şəkildə nəzərə alınmalıdır.

Seçim prosesi hansı mərhələlərdən ibarətdir?

Seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:

  • I mərhələ : Müraciət edən gənclərin məntiqi təfəkkür və ingilis dili biliklərinin yoxlanılması məqsədilə test imtahanı təşkil edilir.
  • II mərhələ : İxtisas qrupları üzrə test imtahanından müvafiq keçid balını toplayan gənclər üçün müsahibələr təşkil olunur.

Necə müraciət etmək olar?

Gənc İstedadlar Proqramında iştirak etmək üçün iddiaçılar fərdi qaydada aşağıdakı keçidlər üzrə elektron müraciət etməlidirlər.

Əlavə suallarınız olarsa [email protected] ünvanına göndərə və ya 0125213405 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərsiniz.

*Məlumat üçün bildiririk ki, SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlar Gənc İstedadlar Proqramının qalibi olmuş şəxslərin işə qəbul edilməsi ilə bağlı öhdəlik daşımır.

Hüquq  15.11.2024 Müraciət et

Əməyin mühafizəsi və həyat fəaliyyətinin təhlükəsizliyi  15.11.2024 Müraciət et

İnsan resursları 01.11.2024 Müraciət et

Qaz təsərrüfatı 01.11.2024 Müraciət et

İnformasiya texnologiyaları 01.11.2024 Müraciət et

Proseslərin avtomatlaşdırılması mühəndisliyi 01.11.2024 Müraciət et

Mexanika mühəndisliyi 01.11.2024 Müraciət et

Energetika mühəndisliyi  01.11.2024 Müraciət et

Kimya mühəndisliyi  01.11.2024 Müraciət et

Geologiya 01.11.2024 Müraciət et

 

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az