Bazar, 3 Avqust, 2025

Sosial Xidmətlər Agentliyində "Mentor" vakansiyası


  • Dərc edildi: 31 Oktyabr, 2024 - 13:31
Sosial Xidmətlər Agentliyində "Mentor" vakansiyası

Sosial Xidmətlər Agentliyində "Mentor" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq. 



Maraqlanan şəxslər CV-lərini [email protected] elektron poçtuna göndərərək müraciət edə bilərlər. Email-in mövzu hissəsində “Mentor” qeyd etməyiniz xahiş olunur. 

Vakansiya barədə ətraflı məlumat 

 Tələblər: 
•   Pedaqoji sahə üzrə ali təhsil (ibtidai sinif müəllimliyi, təhsildə sosial-psixoloji xidmət, məktəbəqədər təlim-tərbiyə);
•   Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
•   Uşaq və yaş psixologiyası ilə bağlı məlumatlılıq;
•   Müasir tədris metodları və yanaşmalara dair bilik;
•   Komandada işləmək bacarığı;
•   Yüksək ünsiyyət, empati qurma və təşkilatçılıq bacarıqları.

 Vəzifə təlimatları:
•   Uşaqların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla onların intellektual, mənəvi, fiziki, psixoloji və sosial inkişafında, sadə əmək vərdişlərinə yiyələnməsində, istedadının və qabiliyyətinin üzə çıxarılmasında köməklik göstərilməsi;
•   Müəssisədə tərbiyə işinin həyata keçirilməsi, uşaqların milli adət-ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunmalarının təşkil edilməsi;
•   Uşaqlara gündəlik təlabatlarının ödənilməsinin öyrədilməsi, dərslərinin izah edilməsi və məşğələlərin keçirilməsi;
•   Uşaqların adaptasiya müddətində yaxından köməklik göstərilməsi, bu zaman üzə çıxan problemlərin həll yolunun tapılmasında psixoloq və digər əməkdaşlarla bərabər fəaliyyətin göstərilməsi;
•   Uşaqların məktəbə aparılması, ehtiyac yaranarsa dərslərdə, valideyn iclaslarında iştirak edilməsi və məktəb müəllimləri ilə mütəmadi əlaqələrin yaradılması;
•   Uşaqlar haqqında mütəmadi məlumatların qeyd edilməsi, hesabatların təqdim edilməsi;
•   Uşaqların psixoloji və loqopedik problemlərinin aşkar edilməsi və müvafiq əməkdaşlara yönləndirilməsi, proses zamanı yaxından iştirak edilməsi və sonraki dövrdə onlara nəzarət edilməsi.

 İş şərtləri:
•   İş qrafiki: Növbəli;
•   İş yeri: Bakı şəhəri.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5424
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 887
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 311
“İnnovativ məktəb” l...