Cümə, 22 Avqust, 2025

Gənclər və İdman Nazirliyi işə qəbul elan edir


  • Dərc edildi: 25 Noyabr, 2022 - 11:40
Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

Gənclər və İdman Nazirliyi işə qəbul elan edir .

Aşağıda adı qeyd edilən təsərrüfat hesablı idman obyektlərinin direktor vəzifəsinə sənəd qəbulu elan edir:

1)Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Voleybol Mərkəzi

2) Bakı şəhəri, Xəzər rayonunda yerləşən Ağır Atletika Mərkəzi

Qeyd edilən vəzifələrə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:

- Ali təhsil;

- Minimum iş stajı 6 il;

- Yaş həddi 55 yaşadək.

Təqdim ediləcək sənədlər:

- Linkdə verilmiş (https://bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir);

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Ali təhsil haqqında diplomun surəti.

Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. İdarəetmə və idman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.

Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müraciət üçün son tarix: 28 noyabr 2022-ci il, saat 12:00-dək

Əlavə məlumat üçün telefon: (012) 465-65-72

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 272
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7162
Sumqayıt Dövlət Univ...