Bazar, 1 İyun, 2025

“Təhsilim gələcəyimdir” adlı layihə həyata keçiriləcək!


  • Dərc edildi: 4 Oktyabr, 2022 - 20:08
“Təhsilim gələcəyimdir” adlı layihə həyata keçiriləcək!

“Təhsilim gələcəyimdir” adlı layihə həyata keçiriləcək!

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi üzrə qalibi elan edilmişdir.“Təhsilim gələcəyimdir” layihəsi Yevlax rayonunun kənd məktəblərində keçiriləcək. Layihənin məqsədi Yevlax rayonunda yerləşən məktəblərdən 15 nəfər şagird və 15 nəfər valideynin iştirakı ilə təhsilin əhəmiyyəti,uşaq hüquqları,erkən nigahın fəsadarı,uşaqların təhsilində valideynin rolu,uğur hekayəsi mövzularında 35 saatlıq təlim,storitelinq və forum teatrın keçirilməsini təmin etməkdir.

Bu təlimlər nəticəsində valideynlər övladlarının hansı hüquqlara sahib olduğu,bu hüquqları pozduğu halda məsuliyyətə cəlb olunacağı,erkən nigaha cəlb olunmuş,məktəbi bitirə bilməyən övladlarının yaşayacağı çətinliklər haqda fərqindəlik artacaq,refleksiya aparacaqlar. Həmçinin təlimlərə cəlb olunmuş müəllimlər qeyd olunan mövzularda məlumatlanacaq ki,bu da gələcəkdə bu hallarla qarşılaşdıqda valideynləri maarifləndirməsinə kömək edəcəkdir.

Layihə boyunca eyni zamanda əsas vəzifələrdən biri qeyd olunmuş məktəblərdən olan şagirdlərin təhsilinə dəstək məqsədilə məktəb ləvazimatları və kitabların toplanması üçün sosial kampaniyanın başladılmasıdır. Kampaniya yaxın zamanda ictimaiyyətə açıq olacaq.

Qeyd edək ki, layihənin əsas tərəfdaşı Ritual Mobil Teatr Labarotoriyasıdır. Layihənin müddəti 4 aydır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 123
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 176
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...