Bazar, 1 İyun, 2025

Kontent üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 10 Noyabr, 2022 - 15:16
Kontent üzrə mütəxəssis vakansiyası

İşəgötürən: “LIBRAFF” MMC

Vəzifə: Kontent üzrə mütəxəssis

 

LIBRAFF” marketinq komandasına cavan, operativ düşüncə və iş qabiliyyətinə malik, enerjili kontent üzrə mütəxəssis tələb olunur.  

Vakansiyaya aşağıdakı tələblərə uyğun olan yeni məzunlar da müraciət edə bilərlər. 

 

Əsas vəzifə öhdəlikləri:

 

Marketinq hədəflərinə uyğun olaraq qısa və uzunmüddətli məzmun planı hazırlamaq;

Veb sayt, həmçinin sosial media üçün məzmun yaratmaq;

Bloqları və yazıları redaktə etmək, yoxlamaq və təkmilləşdirmək;

Veb trafiki və sosial media platformasını gücləndimək üçün tədbirlər görmək;

Yeniliklərdən xəbərdar olmaq və auditoriyanı cəlb etmək üçün yeni təkliflər vermək.

 

  1.  Əsas tələblər:

 

Oxşar sahədə və ya jurnalist, bloger, SMM olaraq iş təcrübəsi;

Sosial media ilə tanışlıq (aktiv sosial media istifadəçisi olmaq üstünlükdür);

Azərbaycan, rus dillərində mükəmməl yazı bacarığı, ingilis dili biliyi üstünlükdür;

MS Office, MS Powerpoint proqramları ilə praktiki təcrübə;

Kitab həvəskarı olması böyük üstünlükdür;

Detallara diqqətli olmaq;

Jurnalistika, marketinq və ya müvafiq sahədə bakalavr dərəcəsi üstünlükdür;

Kreativlik, maraqlı məzmun yaratmaq bacarığı.

 

İş haqqında:

Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir,

İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C

Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur

Əmək haqqı başlanğıc üçün: 500 AZN

 

Müraciət üçün e-mail[email protected]

 

Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını qeyd etmək mütləqdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 130
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 182
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 99
XVIII Beynəlxalq Ast...