Çərşənbə axşamı, 26 Avqust, 2025

14 yaşdan yuxarı gənclər üçün ÖDƏNİŞSİZ “Digital Azerbaijan Talent School” təlim düşərgəsinə qeydiyyat başladı


  • Dərc edildi: 6 Avqust, 2024 - 13:05
14 yaşdan yuxarı gənclər üçün ÖDƏNİŞSİZ “Digital Azerbaijan Talent School” təlim düşərgəsinə qeydiyyat başladı

14 yaşdan yuxarı gənclər üçün “Digital Azerbaijan Talent School” təlim düşərgəsinə qeydiyyat başladı 

 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən istedadlı gənc proqramçılar üçün keçirilən “Digital Azerbaijan Talent School” təlim düşərgəsinə qeydiyyata start verilir.

Düşərgə Almaniyanın aparıcı universitetlərindən olan “Constructor University” ilə birlikdə hazırlanıb. Hibrid (onlayn və oflayn) formatda keçiriləcək proqram 2024-cü ilin avqust-noyabr aylarını əhatə edəcək. Təlim düşərgəsi beynəlxalq proqramlaşdırma müsabiqələrinin tələblərinə əsasən hazırlanıb. İnformatika  və proqramlaşdırma üzrə əsas bacarıqların inkişafına yönəlmiş təlimlər “Constructor University”nin ekspertləri tərəfindən keçiriləcək. Yekunda təlim iştirakçıları beynəlxalq sertifikatlarla təltif olunacaqlar.

Düşərgə beynəlxalq proqramlaşdırma olimpiadalarına hazırlıq məqsədilə “Advanced Computer Science ” və qızlar arasında İKT-ni təşviq etmək məqsədilə “Girls in IT” olmaqla 2 istiqamətdə baş tutacaq. 

 “Digital Azerbaijan Talent School” təlim düşərgəsinə 14 yaşdan yuxarı sinif şagirdləri və universitet tələbələri müraciət edə bilərlər. 

Elə indi aşağıdakı linklər vasitəsilə qeydiyyatdan keçin: 

“Advanced Computer Science” istiqaməti üçün: https://bit.ly/advancedcomputerscienceskills

“Girls in IT” üçün istiqaməti üçün: https://bit.ly/girlsinit

Son qeydiyyat tarixi: 11 avqust 2024 

Proqram ingilis dilində keçiriləcək. Təlimlərdə iştirak tam ödənişsizdir.

Qeyd edək ki, məqsəd alqoritmik təfəkkür və peşəkar proqramlaşdırma biliklərini inkişaf etdirməkdir. “Digital Azerbaijan Talent School”da iştirak etməklə gənclər olimpiada tipli yarışlara, beynəlxalq təhsil proqramlarına qəbula hazırlaşmaq və proqramlaşdırma sahəsində gələcək karyera üçün bacarıqlar əldə etmək şansı qazanacaqlar.  



 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 588
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 112
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7443
Sumqayıt Dövlət Univ...