Bazar ertəsi, 25 Avqust, 2025

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Gənc məktəb tədqiqatçıları" layihəsinə start verilir


  • Dərc edildi: 7 Aprel, 2023 - 21:40
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Gənc məktəb tədqiqatçıları" layihəsinə start verilir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Gənc məktəb tədqiqatçıları" layihəsinə start verilir🔊

Layihə zamanı 2 gənc müəllim ilə 10 tədqiqat qrupu formalaşdırılacaq. Gənc müəllimlərdən ibarət bu tədqiqat proqramı 3 ay davam edəcək. İlkin mərhələdə 20 tələbə və 10 gənc müəllimə tədqiqatın aparılması üsulları istiqamətində təlim keçiriləcəkdir.

Tədqiqat proqramı müddətində ekspert tərəfindən tədqiqat prosesinə supervayzerlik ediləcək və sonda hər kəs ekspertlər tərəfindən keçiriləcək konfransda iştirak hüququ qazanacaq.

Tədqiqat aparmaq və bu istiqamətdə özünü inkişaf etdirmək istəyən gənc müəllimlər və tələbələr(bakalavr, magistr, doktorantura) qeydiyyatdan keçə bilərlər.

Son qeydiyyat tarixi: 15 aprel 2023

Qeydiyyat linki: https://lnkd.in/e77Ywe5w

Onu da qeyd edək ki, Gənc məktəb tədqiqatçıları" layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsində qalib olmuş “XXI əsrin tələblərinə uyğun təhsil-gənc müəllimlərin peşəkarlığının artırılması” layihəsi çərçivəsində həyata keçiriləcəkdir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 546
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 101
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7413
Sumqayıt Dövlət Univ...