Bazar ertəsi, 25 Avqust, 2025

Tələbəsiniz? Startapınızı qurmaq və ya mövcud olanı inkişaf etdirmək istəyirsiniz?


  • Dərc edildi: 8 Avqust, 2023 - 21:53
Tələbəsiniz? Startapınızı qurmaq və ya mövcud olanı inkişaf etdirmək istəyirsiniz?

Tələbəsiniz? Startapınızı qurmaq və ya mövcud olanı inkişaf etdirmək istəyirsiniz?

O zaman “Pasha Holding” şirkətlər qrupunun sponsorluğu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə təsis edilmiş “Viveka Company Creation Program” tam sizlikdir!

“Viveka Company Creation Program” nədir?

Bu proqram startap quruculuğunu təşviq etməyi qarşısına məqsəd qoyan təşəbbüsdür. Proqram iştirakçıları Türkiyənin ən qabaqcıl startap mentorlarından startap quruculuğunda biznes model, texnoloji həllər, hüquq, maliyyə, əməliyyat, marketinq və digər aspektləri özündə ehtiva edən həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər.

Onu da qeyd edək ki, təlimlər hibrid formatda (onlayn/oflayn) olacaq.

Kimlər müraciət edə bilər?

Proqrama Azərbaycanda startap fəaliyyəti ilə məşğul olan və ya öz startapını qurmaq arzusunda olan universitet tələbələri müraciət edə bilər. Seçim mərhələlərini uğurla tamamlayan ən uyğun 30 startap komandası “Viveka Company Creation Program”da iştirak hüququ əldə edəcək.

Önəmli qeyd: müraciət edən komanda üzvlərindən ən az bir nəfər universitet tələbəsi olmalıdır.

Son müraciət tarixi: 21 avqust, 2023-cü il

Müraciət üçün link: https://az-entrepreneur.paperform.co/

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 479
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 96
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7368
Sumqayıt Dövlət Univ...