Hal-hazırda Azərpoçtda Project Analyst/Layihələr üzrə analitik vakansiyası mövcuddur.
Vəzifə öhdəlikləri:
· Layihələrin gedişatına nəzarət edilməsi və iş axınını yolunda saxlamaq üçün komanda üzvlərinin koordinasiyası;
· Performansı optimallaşdırmaq üçün layihə məlumatlarını təhlil etmək və fikirlər hazırlamaq.
· Vaxt qrafikini izləməklə layihələrə davamlı olaraq nəzarət edilməsi, mərhələlərin gedişatının və keyfiyyətinin qiymətləndirilməsi, zəruri hallarda risklərin azaldılması üzrə təkliflərin verilməsi;
· Layihələrin sənədləşmə prosesinin standartlara uyğun hazırlanması və həyata keçirilməsi;
· Layihə ilə bağlı təqdimatların hazırlanması, görüşlərin təşkil edilməsi və bu təqdimatların layihənin maraqlı tərəflərinə çatdırılması;
· Digər layihə qrupları ilə koordinasiyanın həyata keçirilməsi;
· Layihələrlə bağlı hesabatlar, arayışlar və məlumatların hazırlanması;
· Layihə xərclərinin izlənməsi və lazımi məlumatların təqdim edilməsi.
Vəzifə üzrə tələblər:
· Ali təhsil (Analitika vəya Layihə idarəedilməsində olması üstünlükdür)
· Layihələrin idarə edilməsi sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
· PMP, PMI-ACP, CAPM və ya sahə üzrə digər sertifikatları olan namizədlərə üstünlük verilir;
· Agile metodologiyalarından xüsusilə, Scrum üzrə biliklər
· Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
· Yüksək səviyyədə MS Office proqramlarında (xüsusilə, MS Excel, MS Power BI və MS Power Point, Visio) işləmək bacarığı,
· Əla ünsiyyət və təqdimat bacarığı
· Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
· Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqları;
· Sənədlərin idarə edilməsi və layihə idarəetmə vasitələrindən istifadə etmək bacarığı.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Layihələr üzrə analitik” qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur