Müqaviləçi-mütəxəssis PMS üzrə imtahanlarda istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması üçün aşağıda qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:
- sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək;
- test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək;
- yazı işlərinin yoxlanılması prosesində iştirak etmək;
- sualların yazılması və yoxlanılması ilə əlaqədar digər zəruri tədbirlərin icrasında iştirak etmək.
PMS imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün ekspertlərin seçimində müvafiq sertifikat növü üzrə beynəlxalq və ya PMS sertifikatı olanlara, qanunvericilik haqqında bilikləri və xarici dil (ingilis dili) bilikləri olanlara üstünlük veriləcək.
Qeyd edək ki, ekspertlər sertifikat növünə uyğun standartları bilməli, "Microsoft Office" proqramlarında işləməyi bacarmalıdırlar. Həmin şəxslər test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdələrinə götürməli, nəzərdə tutulan öhdəlikləri keyfiyyətlə və vaxtında yerinə yetirməlidirlər.
Müraciət edənlərin test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası sahəsində təcrübə qazanmaları üçün DİM tərəfindən müvafiq treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.
İşə götürülənin təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Bu sahəyə marağı olan şəxslər verilən CV formasını tam şəkildə dolduraraq 2022-ci il sentyabr ayının 30-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “PMS_elan” yazaraq göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur