Təhsilin İnkişafı Fondu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir:
- Satınalma üzrə mütəxəssis:
Əsas vəzifə öhdəlikləri:
- İllik satınalma planının hazırlanmasını və qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təmin etmək;
- Fonda daxil olan malların qəbulu və uçotu işlərini yerinə yetirmək;
- Bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarlarda araşdırılması;
- Tender komissiyasının işini təşkil etmək, iddiaçı şirkətlərin nümayəndələrinin iclaslarda iştirakı ilə bağlı zəruri tədbirlərin görülməsini və onlardan daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
- Satınalma prosedurlarının nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsini təmin etmək;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
- Satınalma sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması;
- Sifarişlə əlaqədar dövlət əhəmiyyətli icazələrin alınması üçün müraciətin edilməsi, nəzarətdə saxlanılması;
- Müəssisədə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatları hazırlamaq;
- Fondda tələb olunan mallar üzrə mütəmadi sifarişlərin hazırlanması;
- İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
• Nəyi bilməlidir?
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyətini, İngilis dilini B1 səviyyəsində (rus dili arzuolunandır);
- MS Office proqramlarında sərbəst işləmək bacarığını.
• Nəyi bacarmalıdır?
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyini bilməli;
- Ünsiyyət bacarığını;
- Məsuliyyətliliyi.
• Xüsusi tələblər:
- Ali təhsil;
- Dövlət satınalmaları sahəsində minimum 2 il iş təcrübəsi.
• Gözlənilən davranışlar:
- Problemi həll etmə bacarığı;
- Nizam-intizam qaydalarına riayət;
- Komandada işləmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Son müraciət tarixi: 03.04.2023-cü il
Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur