Cümə, 22 Avqust, 2025

Azerbaijan Fish Farm MMC 2023-cü il üçün Təcrübə proqramı elan edir!


  • Dərc edildi: 9 Mart, 2023 - 16:42
Azerbaijan Fish Farm MMC 2023-cü il üçün Təcrübə proqramı elan edir!

Azerbaijan Fish Farm MMC 2023-cü il üçün Təcrübə proqramı elan edir!  
İstedadlı, motivasiyalı, öyrənməyə açıq, inkişafa meyilli gəncləri təcrübə proqramına müraciət etməklə İstehsalat, Maliyyə, Təchizat, İnsan Resursları, Marketinq sahəsində təcrübi biliklər qazanmağa dəvət edirik!
  
Təcrübə proqramı sizə nələr qazandıracaq?
•       İşləyərək öyrənmək imkanı;
•       Real iş mühiti ilə tanışlıq;
•       Təcrübədə iştiraka dair sertifikat;
•       Ən əsası isə təcrübə proqramı uğurla bitirən və özünü doğruldan təcrübəçilərə AFF MMC-də karyera qurmaq imkanı.

Təcrübə proqramı kimlər üçün nəzərdə tutulur?
•       Universitetlərdə İqtisadiyyat, Maliyyə, Mühasibat, Biznesin idarəedilməsi, Menecment, Kimya, Kimya Mühəndisliyi, Qida mühəndisliyi, Biologiya, Mikrobiologiya, Balıqçılıq, Su bioehtiyatları və akvakultura, Baytarlıq, Marketinq ixtisasları üzrə təhsil alan 4-cü kurs və magistr tələbələri və ya yeni məzunlar;
•       Yaradıcı, innovativ, daim öyrənməyə və inkişafa marağı olanlar;
•       MS office proqramları ilə işləmə qabiliyyəti olan.
 
İş Şəraiti

•       İş saatı: 09:00-dan 18:00-dək (tələbələr üçün natamam iş vaxtı təyin edilə bilər);
•       Həftədə 5 gün, şənbə və bazar istirahət günləri;
•       Təcrübə proqramı ödənişli əsaslarla olacaq;
•       Təcrübə müddəti: 3 ay.

Müraciət etmək istəyən namizədlər CV-lərini “Təcrübəçi - Marketinq”, “Təcrübəçi - İnsan Resursları”, “Təcrübəçi - İstehsalat”, “Təcrübəçi - Maliyyə”, “Təcrübəçi - Təchizat” başlığı ilə 31.03.2023 - cü il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 274
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 63
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7164
Sumqayıt Dövlət Univ...