Çərşənbə, 2 İyul, 2025

“Dayanıqlı Turizmdə Gənclər Şəbəkəsinin Yaradılması üçün Təlim Kursu” layihəsi üçün iştirakçıların qəbulu elan olunur


  • Dərc edildi: 27 Yanvar, 2023 - 15:51
“Dayanıqlı Turizmdə Gənclər Şəbəkəsinin Yaradılması üçün Təlim Kursu” layihəsi üçün iştirakçıların qəbulu elan olunur

“Dayanıqlı Turizmdə Gənclər Şəbəkəsinin Yaradılması üçün Təlim Kursu” layihəsi üçün iştirakçıların qəbulu elan olunur

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 17-20 fevral tarixlərində həyata keçiriləcək “Dayanıqlı Turizmdə Gənclər Şəbəkəsinin Yaradılması üçün Təlim Kursu” layihəsi üçün iştirakçıların qəbulunu elan edir. 

Layihənin məqsədi regionun turizm potensialını nəzərə alaraq bölgənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərlə bağlı gənclərin maarifləndirilməsi və həyata keçirilməsi prosesində gənclərin rolunun artırılması təşəbbüslərini dəstəkləmək və  Dayanıqlı İnkişaf Məqsədlərini təbliğ etməkdir.

Dörd gün ərzində təşkil olunacaq təlimlərə Gəncə şəhərində yaşayan turizm sahəsi üzrə təhsil alan və ya sahə ilə maraqlanan 18 nəfər gənc cəlb olunacaq.  

Təlimlər zamanı gənclər Turistlərin qarşılanması, yerləşdirilməsi; lazımi və praktiki məlumatların əldə olunması üçün istiqamətlərin müəyyən olunması; Bələdçilik xüsusiyyətlərinin aşılanması; Tur boyunca qonaqları müşayət etmək; Ekskursiya proqramlarının hazırlanması və inkişafı; Muzeylərə, təbiət qoruqlarına və turistləri maraqlandıran digər obyektlərə ekskursiyaların təşkil olunması; Görməli yerlər haqqında nağıl etmə üsullarının inkişafı mövzuları ilə bağlı məlumatlar əldə edəcək və bu istiqamətdə olan bacarıqlarını inkişaf etdirəcəklər. Sonda Təlim Kursunda uğurla iştirak edən gənclərə sertifikat  təqdim olunacaq.  

Qeyd edək ki, “Dayanıqlı Turizmdə Gənclər Şəbəkəsinin Yaradılması üçün Təlim Kursu” layihəsi Gəncə Gənclər Evinin texniki dəstəyi ilə təşkil olunur. 

Qeydiyyat üçün linki: shorturl.at/hipT7

Qeydiyyat formunu doldurmaq üçün son gün , 14 Fevral 2023 saat 18:00,

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 94
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 43
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 221
Məktəbəhazırlıq qrup...