Cümə axşamı, 21 Avqust, 2025

Bu innovativ ixtisaslara 100%-dək təqaüd üçün qeydiyyat başladı!


  • Dərc edildi: 8 Fevral, 2023 - 16:17
Bu innovativ ixtisaslara 100%-dək təqaüd üçün qeydiyyat başladı!

Bu innovativ ixtisaslara 100%-dək təqaüd üçün qeydiyyat başladı!

Bakı Dizayn Akademiyasında yerli və qlobal tələbatlı ixtisasları tam təqaüdlə öyrən! 

“Rəqəmsal Gələcək Təqaüd Proqramı”nın qalibləri Bakı Dizayn Akademiyasında dizayn üzrə:

  • 3D Dizayn
  • UX&UI Dizayn
  • Advanced UX&UI Dizayn 
  • Graphic & Art Direction

Eləcə də BDA-nın yeni sub-brendi olan BDA Lab-da: 

 

  • Full Stack proqramlaşdırma 
  • Data Science 

İxtisaslarından birində 100%-dək təqaüdlə təhsil fürsəti əldə edir. 

Təqaüdə müraciət 15 fevrala qədər davam edir. 

Təqaüd BDA və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı çərçivəsində verilir. Təqaüd üçün seçilmiş 80-ə yaxın gənc BDA-da və BDA Lab-da təhsilini həm yerli, həm də qlobal aparıcı mütəxəssislərdən alacaqlar.

 

BDA və BDA Lab Adobe, Autodesk, Microsoft, PMI və Unity kimi dünya nəhənglərinin Azərbaycanda yeganə rəsmi partnyorudur. Akademiyada tədris proqramları bu şirkətlərin dəstəyi ilə hazırlanır və beynəlxalq səviyyədə təsdiqlənmiş materiallardan ibarətdir. Tədrisi bitirən şəxslər bu şirkətlərin qlobal səviyyədə tanınan rəsmi sertifikatini əldə etmək şansına qazanır. 

 

Təlimçilər arasında isə Adobe Certified Professional sertifikatlı instruktorlar yer alır. Onu da qeyd edək ki, məhz “Rəqəmsal Gələcək Təqaüd Proqramı” çərçivəsində dərsləri öndəgələn lokal nümayəndələrlə birgə, qlobal sahə mütəxəssisləri də aparır. 

Təqaüd proqramı haqqında ətraflı məlumat və müraciət üçün linkə keçid et: https://bda.edu.az/teqaud-proqrami

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 256
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 56
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7155
Sumqayıt Dövlət Univ...