Bazar ertəsi, 25 Avqust, 2025

Hesabatlıq və təhlil şöbəsində mütəxəssis vakansiyası


  • Dərc edildi: 21 Sentyabr, 2022 - 15:03
Hesabatlıq və təhlil şöbəsində mütəxəssis vakansiyası

ABB Hesabatlıq və təhlil şöbəsinə  mütəxəssis vakansiyası elan edir. 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər

Görəcəyiniz işlər:

  • Korporativ və KOS müştərilərə aid müxtəlif hesabatların hazırlanması;
  • Kredit və qarantiyalar üzrə silinmələrin aparılması;
  • Kredit və qarantiyalar üzrə ödənişlərə nəzarət;
  • KPI hesablanması və təqdimatların hazırlanması;
  • Müvafiq fondlara hesabatların təqdim edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı olan; 
  • Yaxşı səviyyədə SQL biliyi olan; 
  • Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

 

Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az  portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

 Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 534
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 100
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7399
Sumqayıt Dövlət Univ...