"Azərbaycan Supermarket" MMC “SƏTƏM üzrə koordinator” vakansiyası elan edir və müvafiq sahədə təcrübəli namizədləri müraciətlərini yönləndirməyə dəvət edir.
Vəzifə üzrə daha ətraflı məlumatlarla aşağıda tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
· İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək
· Ərazi üzrə yoxlama aparan işçilərin, yoxlama planını tərtib etmək və plan üzrə yoxlamaların aparılmasına nəzarət etmək
· İş sahələrində, müşahidələr apararaq SƏTƏM üzrə keçirilən təlimin effektivliyini yoxlamaq
· İş yerlərində SƏTƏM yoxlamaların (təftiş/inspection) və monitorinq işlərinin aparılması
· İş yerlərində Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi;
· Yanğın təhlükəsizliyi və Yanğınla ilkin mübarizə tədbirləri
· Şirkətin risk qiymətləndirmələrini, təhlükəsizlik əməliyyat prosedurlarını və təhlükəsizlik tələblərini mütəmadi nəzərdən keçirmək və əməl olunmasına nəzarət
· Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeydlər etmək və dərhal məlumat vermək;
· SƏTƏM rəhbərinə aylıq hesabatın verilməsi
· Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət;
Namizədə dair tələblər:
· Müvafiq vəzifədə ən az 1 il iş təcrübəsi
· Azərbaycan dili biliyi, peşəkar ünsiyyət və yazışma
· İngilis dilində başlanğıc səviyyədə
· Sərbəst Microsoft Office istifadəçisi
· Güclü ünsiyyət və təqdimat bacarığı
· Tənqidi düşüncə və təhlil bacarıqları
· Bir neçə prioritet məsələləri birlikdə idarə etmə bacarıqları
Maraqlanan namizədlər [email protected] email ünvanına “SƏTƏM üzrə koordinator" başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur