Çərşənbə axşamı, 1 İyul, 2025

Tələbələrlə İş Üzrə Koordinator vakansiyası


  • Dərc edildi: 11 May, 2023 - 13:53
Tələbələrlə İş Üzrə Koordinator vakansiyası

Təsvir

Tələbələrlə iş üzrə Koordinator Akademiyanın tələbələrinə tədris müddətində administrativ proseslərdə dəstək olacaq, onların ümumi müraciətləri ilə məşğul olacaq və tələbələrlə Akademiya arası əlaqələri koordinasiya edəcək. Əlavə olaraq aşağıdakı vəzifələri yerinə yetirəcək:

 

  • Tədris qruplarının başlamasının/bitməsinin təşkili;
  • Tələbə məmnunluğu sorğularının təşkili, analizi və problemlər üzərində iş;
  • Tələbələrlə motivasiya xarakterli görüşlərin keçirilməsi;
  • Tələbələrin dərsə davamiyyətinə nəzarət, ehtiyac yarandıqda görüşlərin təşkili;
  • Tələbələrin fərdi müraciətləri üzərində işləmək;
  • Qrup dəyişimlərinin təşkili;
  • Tələbələrlə mütamadi tədbirlərin təşkili.

Tələblər

  • Təhsil sahəsində minimum 1 il təcrübə ;
  • 25-35 yaş aralığında namizədlər;
  • İnsanlarla ünsiyyətin psixologiyasını və prinsiplərini yaxşı bilmək, insanları analiz edib tanıma bacarığı;
  • Görüşlərin təşkili, danışıqların aparılması üzrə bacarıqlar;
  • Aktiv dinləmə bacarıqları;
  • Komanda şəklində işləmək qabiliyyəti;
  • Güclü analitik düşünmə qabiliyyəti;
  • Konfliktləri, problemləri həlletmə və operativlik bacarığı;
  • Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq;
  • Səbrli olmaq, nəzarətsiz və stres altında işləməyi bacarmaq;
  • Motivasiya etmə bacarığı;
  • Müsahibələr keçirmə bacarığı;
  • Azərbaycan dilini səlis, rus və ingilis dilini orta səviyyədə bilmək;
  • Ofis proqramlarında yaxşı işləmə bacarığı.

Son müraciət tarixi: 31/05/23

Müraciət et

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 74
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 41
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 219
Məktəbəhazırlıq qrup...