"Satınalma üzrə baş mütəxəssis" vəzifəsi üzrə vakansiya

Azərbaycan Metrologiya İnstitutu PHŞ "Satınalma üzrə baş mütəxəssis" vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin tutulmasına dair tələblər: 
Yaş həddi: 25-45
Təhsil : Ali
İş təcrübəsi: Müvafiq sahədə 3 il
Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı) və rus dili (yaxşı);
Kompüter bilikləri: “Microsoft Office” proqramları (Excel, Word, Powerpoint;) əla səviyyədə;
Dövlət satınalmaları haqqında qanunvericiliyi bilmək;
Tender satınalma təchizat portalında işləmək bacarığı;
Tender layihələrində iştirak;
Təşkilatçılıq və koordinasiya etmə bacarığı.


Vəzifə funksiyaları:
Müəssisənin fəaliyyətinin təşkil edilməsini təmin etmək üçün təsərrüfat, maddi-texniki məsələlərinin araşdırılmasını, mövcud bazar qiymətlərinin müəyyən edilməsi, əlverişli şərtlərin aşkar edilməsi üçün lazımi tədbirləri həyata keçirmək;
Sifarişlərin qəbulu, təhlilini aparmaq, əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək və tədarük prosesində iştirak etmək;
Tədarükçülərin araşdırılmasını, əlaqələrin yaradılmasını, sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təmin etmək;
Təchizat/satınalma müqavilələrin bağlanmasını və icrası uçotunun aparılmasını təmin etmək;
Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasını aparmaq, təchizatçılarla qiymət təkliflərini şirkətin siyasətinə uyğun aparmaq;
Təchizat proseslərinin gedişatı haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq (müqayisə), eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
Xərclərin azaldılması məqsədilə yeni təkliflərin verilməsi;
Şöbənin müvafiq texniki təminatını təmin etmək üçün təmir və texniki xidmət üzrə iş sifarişlərini təqdim etmək;
Şirkətdaxili formalaşdırılmış sifarişləri anbar ehtiyatları ilə müqayisə edib aidiyyatı şöbələri məhsullarla təmin etmək;
Satınalma ilə bağlı tenderlərin təşkili və nəzarəti prosesini həyata keçirmək;
Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.


İş şəraiti
İş qrafiki: 5 günlük (09:00-18:00)
Servis müəssisə tərəfindən təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə baş mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az