reklam

Sənədlərin idarə olunması və arxiv əməliyyatları bölməsi Arxivçi vakansiyası

"Veysəloğlu" MMC İnsan Resursları və Korporativ Kommunikasiyalar direktorluğunun Sənədlərin idarə olunması və arxiv əməliyyatları bölməsi Arxivçi vakansiyasını elan edir. 

 

Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri:
Bakı şəhəri

İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:
- Arxivə təhvil verilən sənədləri (təlimatlara uyğun olaraq) qəbul edən zaman aktla təhvil-təslim etmək; 
- Aktda qeyd edilən sənədləri əsli ilə üzləşdirmək;
- Qəbul edilmiş sənədlərin arxivdə yerini təyin etmək və yerləşdirmək;
- Arxivdə yerləşdirilmiş sənədlərin yerini arxiv proqramında qeyd etmək;
- Arxivdə saxlanma müddəti bitmiş sənədləri ayırmaq və onları prosedur qaydalarına uyğun olaraq məhv etmək;
- İş yerinin və sənədlərin saxlandığı arxiv otaqlarının təmizliyi və səliqəliliyini lazımi səviyyədə saxlamaq;
- Vəzifə fəaliyyətindən irəli gələn məsələlər haqqında müdiriyyət qarşısında çıxış etmək, rəhbərliyin verdiyi yazılı və şifahi göstərişləri yerinə yetirmək;
- Ezamiyyədə olduğu zaman vəzifə təlimatından irəli gələn tələbləri icra etmək, iş sistemi ilə bağlı və digər pozuntu halları aşkarlandıqda birbaşa rəhbərini məlumatlandırmaq;
- Sənədlərin saxlanma və texniki-təhlükəsizlik qaydalarının pozulması aşkar edildikdə dərhal rəhbərliyinə məlumat vermək;
- Şirkətin mənafeyinin qorunması məqsədi ilə məlumatların məxfiliyini qorumaq;
- Struktur bölmələrinə sənədlərin prosedur qaydalarına uyğun surətlərinin, ehtiyac olduqda isə əsillərinin verilməsini təmin etmək;
- Arxiv işi üçün nəzərdə tutulmuş texnologiya və proqramlardan istismar və istifadə qaydalarına əməl etmək. 

Tələblər:
- Şirkətin sənədləri ilə işləmək bacarığı;
- Kompüter və arxiv avadanlığı ilə işləmək bacarığı, ofis proqramları bilikləri;
- Komandada işləmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- Nahar ilə təmin edilmə

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Arxivçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az