AzTU-nun müxtəlif fakültələrinə tyutor vəzifəsi üzrə vakansiya elan edilir

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları, Metallurgiya və materialşünaslıq, Maşınqayırma və robototexnika, Alman mühəndislik fakültələrinə, SABAH Mərkəzinə və Yüksək Təhsil İnstitutunun Magistratura şöbəsinə tyutor vəzifəsi üzrə vakansiya elan edilir.

Tələblər:

- Müvafiq iixtisas üzrə ali təhsil (magistr dərəcəsi);

- Təhsil sahəsi üzrə iş təcrübəsi (Tyutor təlim sertifikatı) arzuolunandır;

- Təhsil haqqında AR Prezidentinin, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, Mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;

- Dil bilikləri: rus, ingilis və s. dillərdə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək;

- Ms Office proqramlar üzrə biliklər;

- Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək.

 Əmək funksiyaları:

- Tələbələrin kredit sistemi ilə əlaqədar fərdi və qrup şəklində tədris məsləhətləri vermək;

- Tədris planlarının və proqramlarının tərtibində iştirak etmək;

- Tədrislə bağlı zəruri sənədlərin hazirlanması və kompüter emalını həyata keçirmək;

- AzTU-nun Elektron Təhsil sisteminə tələbələrlə bağlı məlumatları daxil etmək və izləmək;

- AOİTAS (Ali və ORTA İxtisas Təhsili Alt Sistemi) sistemində bütün növ məlumatları işləmək;

- Tədrisin semestr və dövlət buraxılış imtahanlarının təşkilində iştirak etmək;

- Transkript formalarını hazırlamaq və çap etmək;

- Sessiya imtahanlarının təşkilində iştirak etmək;

- Akademik transkriptlər hazırlamaq;

- Yay semesterinin təşkilində iştirak etmək.

 Müraciət üçün son tarix: 5.11.2023

Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az