İşsiz şəxslər üçün ÖDƏNİŞSİZ TƏHSİL və İŞ İMKANI

"Data Analitika" üzrə peşə hazırlığı

İşsiz şəxslər üçün ÖDƏNİŞSİZ TƏHSİL və İŞ İMKANI.

DİQQƏTLƏ OXUYUB VƏ İCRA EDİN
 

Salam hörmətli vətəndaş, nəzərinizə çatdıraq ki,  müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndirildikdən sonra peşə hazırlığı istiqaməti üzrə uyğunluğu təsdiqləndiyi halda kursa cəlb olunacaqlar. Bundan sonra iştirakçılar arasında imtahan keçiriləcək və uyğun olaraq ən yaxşı 20 nəfər seçiləcəkdir. 

Qeyd edək ki, peşə hazırlığı üzrə dərslər Bakı şəhərində, canlı formada (ofisdə), axşam saat 19:00-21:00 aralığında tədris ediləcəkdir.  Əgər aşağıdakı meyarlara cavab verirsinizsə zəhmət olmasa davam edin, çünki məlumatlarınız yoxlanılacaq və meyarlara cavab vermədiyiniz təqdirdə təəssüf ki, iştirakınız təsdiqlənməyəcəkdir.

Meyarlar ↓

1.Məşğulluq Altsistemində "İşsiz" kimi qeydiyyatda olmaq;
2.Yaş aralığı: 20-27;
3.Təhsil: Ali və ya tam ali; (Bakalavr təhsilini bitirmiş namizədlər müraciət edə bilər. Hal hazırda ali təhsil alan, ali təhsili olmayan, orta-ixtisas təhsili olan vətəndaşlar müraciət edə BİLMƏZ).
4.İş təcrübəsi: Vacib deyil, arzuolunandır;
5.Dil biliyi: Orta səviyyə ingilis dili;
6.Texniki bilikləri: Windows, Ofis proqramları və ən əsası kompüter ilə işləmə bacarığı olmalıdır.

Zəhmət olmasa aşağıda qeyd olunan məlumatları ardıcıllıq ilə oxuyub icra edərdiniz. Prosedur ərzində edəcəyiniz bütün məsələləri aşağıda qeyd edirik.

Peşə hazırlığına cəlb olunmaq istəyən vətəndaşlar üçün ilkin və əsas meyar Məşğulluq Altsistemində “işsiz”  kimi qeydiyyatda olmaqdır. Məşğulluq Altsistemində qeydiyyat proseduru necə olur?

1.Əgər siz Məşğulluq Altsistemində “işsiz” kimi qeydiyyatdasınızsa bu zaman, Regional Məşğulluq Filialına (RMF) yaxınlaşırsınız (RMF ünvanları: https://cutt.ly/TBWZQT1). Bundan sonra sizlər üçün karyera məsləhətçiləri tərəfindən Fərdi Məşğulluq Proqramı (FMP) tərtib edilir. Zəhmət olmasa FMP tərtib olunan zaman məhz Handex MMC-də “Data Analitika üzrə peşə hazırlığı”-na cəlb olunmaq istəyinizi bildirin.

2. Əgər siz Məşğulluq Altsistemində qeydiyyatınız yoxdursa, bu zaman qeydiyyata düşmək üçün “DOST” mərkəzinə yaxınlaşırsınız. (“DOST” mərkəzlərinin ünvanları: https://dost.gov.az/dost-centers). "İşsiz" kimi qeydiyyata düşdükdən sonra artıq siz Regional Məşğulluq Filialına (RMF)  yaxınlaşmalısınız  (RMF ünvanları: https://cutt.ly/TBWZQT1). Növbəti mərhələdə sizlər üçün karyera məsləhətçiləri tərəfindən Fərdi Məşğulluq Proqramı (FMP) tərtib edilir. Zəhmət olmasa FMP tərtib olunan zaman məhz Handex MMC-də “Data Analitika üzrə peşə hazırlığı”-na cəlb olunmaq istəyinizi bildirin.

Yuxarıda qeyd edilən bütün prosedurları keçdikdən (“İşsiz” statusu alıb, daha sonra Peşə Hazırlığına cəlb olunmaq üçün RMF-yə müraciət et) sonra peşə hazırlığına qeydiyyatdan keçərək, imtahan zamanını gözləməlisiniz. İmtahanın nə zaman, harada və hansı mövzulardan olacağı imtahandan bir neçə gün öncə sizə, qeyd etdiyiniz əlaqə vasitələrindən biri ilə məlumat veriləcək. 

Zəhmət olmasa tam prosedur qaydalarını keçdikdən sonra aşağıdakı peşə hazırlığına qeydiyyatdan forumunu doldurun.  Çünki yazdığınız bütün məlumatlar yoxlanılacaq, əgər yalan məlumatlar olarsa həmin şəxs müəssisənin peşə hazırlığından kənarlaşdırılacaq və müəssisə tərəfindən ikinci bir şans verilməyəcəkdir. 

Forumu doldurmaq üçün son tarix: 08.02.2023

Müraciət et



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az