“Viveka Mentorship Program” və "Viveka Company Creation Program" layihələrinin 3-cü kohortuna start verildi

Türkiyənin innovasiya istiqamətində aparıcı strateji innovasiya konsaltinq firması “Viveka” sizi unikal proqramlarda iştirak etməyə dəvət edir!

 İRİA-nın dəstəyi və “PASHA Holding”in sponsorluğu ilə həyata keçirilən “Viveka Mentorship Program” və "Viveka Company Creation Program" layihələrinin 3-cü kohortuna start verildi!

“Viveka Mentorship Program” layihəsi kimlər üçün nəzərdə tutulub?

Azərbaycanda innovasiya istiqamətində fəaliyyət göstərən və sözügedən sektorda peşəkar təcrübəsini təkminləşdirmək istəyən şəxslər proqrama müraciət edə bilərlər 

“Viveka Mentorship Program” layihəsi startap mentorluğunu təşviq etməyi, eləcə də startap və innovasiya üzrə proqramlarda fəaliyyət göstərəcək yüksəksəviyyəli mentorlar yetişdirməyi qarşısına məqsəd qoyan təşəbbüsdür. Əgər siz də peşəkar mentor səviyyəsinə çatmaq və innovasiya ekosistemi çərçivəsində bu istiqamətdə xarici təcrübəyə sahib olan mentorlar siyahısına qoşulmaq istəyirsinizsə, “Viveka Mentorship Program” layihəsinə müraciət etməyə tələsin!

Sahibkarlıq arzunuzu reallığa çevirməyə hazırsınız, lakin haradan başlayacağınızdan əmin deyilsiniz? O zaman bu proqram tam sizlikdir! "Viveka Company Creation Program" layihəsi startapınızı yeni zirvələrə çatdırmaq üçün lazım olan bilik, resurs və dəstək üçün buradadır!

Proqrama qoşulacaq şəxslər “Viveka”nın təklif etdiyi model əsasında startap quruculuğunda texnoloji həllər, hüquq, maliyyə, marketinq və digər aspektləri özündə ehtiva edən həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər. “Viveka Company Creation Program” layihəsi mürəkkəb texniki bacarıqlara ehtiyac olmadan "Minimum Viable Product"ı inkişaf etdirməyə və təsdiqləməyə kömək edən "No-Code MVP" mərhələsinə çatmaqda sizə kömək olacaq 

Sözügedən proqrama Azərbaycanda startap fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edə bilərlər.

 Qeyd edək ki, hər iki proqram üzrə təlimlər həm onlayn, həm də oflayn formatda keçiriləcəkdir.

Proqramların cədvəli ilə müraciət formasından tanış ola bilərsiniz.

 Proqramlar üzrə son müraciət tarixi: 30 yanvar

 “Viveka Mentorship Program” layihəsi üçün müraciət linki: https://az-mentor.paperform.co/

 "Viveka Company Creation Program" layihəsi üçün müraciət linki: https://az-entrepreneur.paperform.co/



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az