Cümə axşamı, 21 Avqust, 2025

"DevZone” öyrənmə marafonu başlayır


  • Dərc edildi: 3 Aprel, 2023 - 20:05
"DevZone” öyrənmə marafonu başlayır

Biz bu ilin ən maraqlı layihələrindən biri olacaq "DevZone” öyrənmə marafonuna başlayırıq!

Kompüter elmləri və proqramlaşdırma üzrə ixtisaslaşmış ali məktəblərin məzunları və son kurs tələbələri – bu xəbər sizin üçündür.

Test və müsahibələr nəticəsində seçilmiş namizədlər "DevZone" marafonu çərçivəsində iki ay ərzində "back-end" proqramlaşdırma üzrə təlimlər və mentorluq sessiyalarında iştirak edəcəklər. "PASHA Bank"ın peşəkar mütəxəssisləri tərəfindən keçirilən təlimlərə qatılmaq və Bankda işləmək imkanı əldə etmək arzusundasınızsa, sizi bu layihəyə qoşulmağa dəvət edirik.

“DevZone" öyrənmə marafonuna qeydiyyat iki mərhələdən ibarət olacaq. İlkin mərhələ qeydiyyat mərhələsidir. İkinci mərhələdə sizə verilən tapşırıqları həll etməklə layihədə iştirak haqqı qazana bilərsiniz. Tapşırıq mərhələsində ən yüksək nəticə göstərmiş ilk 50 iştirakçı müsahibə mərhələsinə keçid alacaq.

Qeydiyyatdan keçmək üçün link: https://lnkd.in/eAF5B_Nm.

Tələsin! Müraciət üçün son tarix 8 apreldir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 115
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7089
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1834
Azərbaycan Texnologi...