reklam

Dünyanın ən inkişaf etmiş məktəb sistemləri bu inkişafı necə davam etdirir

     Dünyanın ən inkişaf etmiş məktəb sistemləri bu inkişafı necə davam etdirir

Makkenzi tərəfindən aparılan araşdırmalar  göstərir ki, islahatı başlatmaq üçün əvvəlcə məktəblər diqqət mərkəzinə alınmalıdır. Bu, problemin kökünü tapmağa və nəyin çatışmadığını analiz etməyə imkan verir ki, bu da müdaxiləyə imkan yaradır. Digər bir nəticə odur ki, məktəblərin üzərində ciddi dövlət nəzarətinin olması məktəbdaxili fəaliyyətdə çeşidlilik və sərbəstliyə mane olur.

Təhsildə irəliləyişə sadəcə böyük məbləğdə yatırım etməklə nail olmaq mümkün deyil.  Bunu bir çox ölkələrin təhsil sisteminə baxdıqda görmək olur. Lakin bu təhsilin inkişafının mümkün olmadığını deyil, təhsilin inkişafına fərqli yanaşmanın lazım olduğunun göstəricisidir. Uğurlu ölkələrin təhsil sistemlərinə baxdıqda uzunmüddətli inkişafa altı il qədər qısa müddətdə də çatmaq olduğunu görə bilərik.

Məktəb sistemi istənilən mərhələdən başlamaqla inkişafa gedə bilər. Burada mərhələ dedikdə, Makkenziyə  görə məktəb sistemi inkişafına görə aşağıdakı mərhələlərə bölünür: zəif, kafi, yaxşı, əla, mükəmməl.

Məktəbin bu mərhələlərdən hansında olmasından asılı olmayaraq, sistemin aparıcı liderləri inkişaf planı hazırlayarkən üç fərqli  cəhəti nəzərə almalıdırlar. Birinci performansdır, hansı ki, tələbələrin nəticələrinə əsasən hal-hazırda məktəbin olduğu mövqeyi göstərir. İkincisi, müdaxilədir və inkişafın təmin olunması üçün lazım olan addımları göstərir. Üçüncü, nəzərdə tutulan müdaxilənin məktəb sisteminin yerləşdiyi ərazinin tarixi, mədəni, milli, siyasi, coğrafi faktorlarına və məktəbin strukturuna uyğun olaraq tətbiq olunmasıdır. 

İnkişaf planının tamamlanması üçün yuxarıda göstərilən üç elementdən əlavə iki digər faktor da qeyd olunmalıdır: dayanıqlılıq və “alovlanma”. Dayanıqlılıq dedikdə, hazırlanmış və tətbiq olunan inkişaf planının uzunmüddətli davam etdirilməsi üçün planlanmış proseslər və onların yerinə yetirilməsi nəzərdə tutulur. İslahatın davamlılığını qoruyub saxlamaq. Ümumi uğurlu təcrübələrdə, inkişafın davamlılığını saxlamaq üçün, sistemin içərisindən nümyəndələr seçilir. Lakin, bu mütləq qəbul edilmiş nümunə deyil. Bəzi digər nümunələrdə, islahat liderləri tamamilə fərqli sahələrdən olub.

“Alovlanma”  isə təhsil islahatının başlanmasına təkan verilən hadisələrdir. Onlar aşağıdakılardır: siyasi və iqtisadi böhran, sistemin fəaliyyəti haqqında yüksək çaplı və əhəmiyyətli hesabat, yeni siyasi və strateji lider. Analiz olunan nümunələrdə, müsbət dəyişikliklərin əksəri yeni siyasi və strateji liderin islahatçı və yenilikçi yanaşması ilə başa verir.

Mənbə:

Chjioke, C., Barber, M., & Mourshed, M. (2010). How the world’s most improved school systems keep getting better. Retrieved from

www.mckinsey.com

Diqanayeva Əminət

Macarıstanın Eotvos Lorand Universitetində (ELTE - Eötvös Lorand University) doktorant (PhD)



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az