Layihələrin koordinasiyası üzrə məsləhətçi vakansiyası

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən layihələrdən biri “layihələrin koordinasiyası üzrə məsləhətçi” vəzifəsi üzrə istedadlı, təcrübəli namizədlər üçün vakansiya elan edir. İKT və nəqliyyat sektoruna daha yaxın olmaq istəyənləri bizimlə əməkdaşlıq etməyə çağırırıq.
Öhdəlklər:
-       Təşəbbüslər əsasında layihə portfelini yaratmaq və iş planını hazırlamaq;
-       Layihələrin planlaşdırılması, həyata keçirilməsi və monitorinqi üzrə işləri təşkil etmək və ya bu fəaliyyətlərə nəzarət etmək;
-       Maneə və risklərin aradan qaldırılması üçün rəhbərliklə birgə tədbirlər görmək;
-       Layihələrin vaxtında və səmərəli həyata keçirilməsini təmin etmək üçün koordinasiya işini təşkil etmək;
-       Hesabatlıq və informasiya sistemlərini yaratmaq və onların təhlilinə nəzarət etmək, bu sistemlərin təkmilləşdirilməsini təmin etmək;      
-       Fəaliyyətlərin icra vəziyyəti barədə hesabatlar hazırlamaq və s.
Əsas bacarıqlar:
-      Yüksək analitik bacarıqlar;
-      Yüksək kommunikasiya bacarığı;
-      Datanın təqdim olunma üsullarından istifadə edilməklə yüksək təqdimat bacarığı;
-      Nəticəyə yönəlik güclü motivasiya, son tarixlərə (deadline) riayət olunması və razılaşdırılmış nəticələrə nail olmaq üçün şəxsi təşəbbüs və məsuliyyətlilik.
Biliklər
-      Layihələrin idarə edilməsi;
-       Strateji planlaşdırma və iqtisadi təhlil
-      Yüksək səviyyədə Mirosoft (o cümlədən MS Project, MS Visio) bacarıqları;
-      Mükəmməl Azərbaycan dili, rus və ingilis dilləri. 
 Ümumi bacarıqlar:
-      Kollektivdə çalışmaq
-      Vaxtın idarəolunması
-      Özünü motivasiya etmək
-      İşə yanaşmada müsbət düşüncə
-      Kritik yanaşma
-      Dəqiqlik, detallara diqqət
-      Təşəbbüskarlıq, kreativ düşüncə
 Təhsil:
-      İqtisadiyyat, dövlət siyasəti, hüquq və digər əlaqəli sahələrdə bakalavr dərəcəsi. Magistr dərəcəsi əlavə üstünlükdür.
İş təcrübəsi:
-      Layihələrin idarə edilməsi üzrə minimum 3 illik təcrübə.
Bu meyarlara uyğun namizədlər CV-lərini 15.12.2022-ci il tarixinədək [email protected] ünvanına “layihələrin koordinasiyası üzrə məsləhətçi” başlığı ilə göndərə bilərlər. Yalnız CV-ləri uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az