Çərşənbə axşamı, 26 Avqust, 2025

"Energy School" proqramı gənclərə bərpa olunan enerji sahəsi üzrə təcrübə təklif edir


  • Dərc edildi: 3 Oktyabr, 2023 - 12:03
"Energy School" proqramı gənclərə bərpa olunan enerji sahəsi üzrə təcrübə təklif edir

Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin Azərbaycan bölməsi (Society of Petroleum Engineers Azerbaijan) "Energy School" proqramı gənclərə bərpa olunan enerji sahəsi üzrə təcrübə proqramı təklif edir.

Renewables.az-ın media dəstəyi ilə keçirilən "Energy School" proqramında iştirakçılar sahə ekspertlərinin rəhbərliyi ilə praktiki sessiyalar, tədqiqatlar, müzakirələr aparacaqlar, bununla yanaşı elektrik stansiyalarına da səfər etmək imkanını əldə edəcəklər.

7 ay davam edəcək proqramda, bərpa olunan enerji sahəsində 7 əsas mövzuda təcrübə əldə etmək imkanı təqdim edir: "Günəş Enerjisi", "Külək Enerjisi", "Enerjinin Saxlanması və Şəbəkə İnteqrasiyası", "Biokütlə", "Hidrogen", "Karbondioksit Tutma, İstifadə və Saxlanma" və "Geotermal Enerji".

Layihədə iştirak üçün STEM sahəsində 3-cü və 4-cü kurs bakalavrlar, magistrantlar və 5 ildən az təcrübəyə sahib olan gənclər seçilir.

Mövcud info-sessiyalara qoşulmaq üçün buradan qeydiyyatdan keçin. Proqrama qeydiyyat üçün buraya daxil olun. Qeydiyyat üçün son tarix: 5 oktyabr.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 635
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 123
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7488
Sumqayıt Dövlət Univ...