Cümə axşamı, 5 İyun, 2025

AccessBank qadın sahibkarlar üçün ödənişsiz proqrama yenidən start verir


  • Dərc edildi: 25 Aprel, 2023 - 15:08
AccessBank qadın sahibkarlar üçün ödənişsiz proqrama yenidən start verir

Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank qadın sahibkarlar üçün biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlim proqramına yenidən başlayır. AccessBank-ın bu təşəbbüsü Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir və mikro, kiçik və orta biznesləri idarə edən sahibkar xanımları dəstəkləmək məqsədi daşıyır.
 

Proqram haqqında: Proqram nəzəri və praktiki təlimlərdən ibarətdir və biznes təcrübəsi olan xanımlar üçün nəzərdə tutulub. Biznesin əsas elementlərini əhatə edən proqram iştirakçılar və təlimçilər arasında effektiv kommunikasiya üçün platforma rolunda çıxış edir.
 

İştirakçılar proqramdan nə əldə edəcəklər: Proqram sahibkarlara nəzəri biliklərlə yanaşı, biznes fəaliyyətlərində praktiki olaraq istifadə edəcəkləri bilik və bacarıqlar da təqdim edəcək. Təlim proqramı sayəsində iştirakçılar bizneslərinin inkişafı üçün fəaliyyət planı qura biləcəklər. Bundan əlavə, proqramın iştirakçıları bizneslərinin gələcək inkişafı üçün AccessBank-dan xüsusi təkliflər əldə edəcəklər.
 

Sessiya mövzuları: Sessiyalar biznesin strateji inkişafı, dövlət qurumlarına hesabatların verilməsi, satış və marketinq (o cümlədən rəqəmsal marketinq), elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edəcək.
 

Tarixlər: Təlimlər 6 həftə, hər həftənin cümə və şənbə günləri keçiriləcək. Təlimlər Azərbaycan dilində aparılacaq. 
 

Tələblər: Proqrama ən azı son 6 ay ərzində rəsmi biznes fəaliyyəti olan, mikro, kiçik və orta biznes idarə edən istənilən sahibkar xanım qatıla bilər.
 

İştirak üçün müraciət: Proqramda iştirak üçün mütləq şəkildə qeydiyyatdan keçmək lazımdır: https://forms.office.com/r/PAueusRp6d
 

Müraciət üçün son tarix: 03.05.2023 
 

Proqramla bağlı suallarınızı [email protected] elektron ünvanına yaza bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 251
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 72
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 168
Lisey və gimnaziyala...