Xidmət mərkəzinin müdiri, aparıcı mütəxəssisi və mütəxəssisi vakant vəzifələri üzrə vakansiyalar

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB dostu departamentinin Mingəçevir və Daşkəsən KOB dostu vəzifələri, “Food City” Aqroparkında “Xaçmaz KOB evi”nin xidmət mərkəzinin müdiri, aparıcı mütəxəssisi və mütəxəssisi vakant vəzifələri üzrə işə qəbul elan edir:

 

KOB dostu vəzifəsi üzrə əmək funksiyaları:

 

- fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

- regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı problemlərin həllinə operativ dəstək göstərmək;

- sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində monitorinq, sorğu və müşahidələr aparmaq;

- Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;

- regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq;

- KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;

- səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

- müvafiq tədbir və görüşlərin təşkil olunmasında aidiyyəti üzrə hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək;

- qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək;

- ərazi üzrə zəruri dövri hesabatların və məlumatların qəbul olunmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək, fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və soğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək;

- qanunvericiliyin və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktların tələblərinə riayət etmək;

- departamentin əsasnaməsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

Namizədə dair tələblər:

 

- Ali təhsil tələbi: İqtisadiyyat və idarəetmə ixtisas qrupları, Hüquqşünaslıq;

- Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı; 

- Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;

- Vətəndaşların müraciətlərinə dair qanunvericilik bilikləri olmalı;

- Agentliyin strukturu, nizamnaməsi, fəaliyyət istiqamətləri və dəstəkləri haqqında məlumatlı olmalı.

 

“Food City” Aqroparkında “Xaçmaz KOB evi”nin xidmət mərkəzinin müdiri vəzifəsi üzrə əmək funksiyaları:

  • Xidmət mərkəzinin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək; 
  • Xidmət mərkəzinin fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək;  
  • Əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
  • Xidmət mərkəzinə həvalə edilmiş vəzifələrin icrasını və nəzərdə tutulmuş tədbirlərin vaxtında həyata keçirilməsini təmin etmək;
  • Xidmət mərkəzi üzrə qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
  • Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı ölkə daxilində və xaricində keçirilən təlim və seminarlarda iştirak etmək;
  • Xidmət mərkəzinə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil etmək;
  • Xidmət mərkəzində kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
  • Xidmət mərkəzini təmsil etmək;
  • Kurasiya üzrə sədr müavini, tabe olduğu kurasiya üzrə rəhbər şəxs və KOB evinin direktoru tərəfindən verilmiş xidməti tapşırıqların icrasını təmin etmək;
  • Xidmət mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən sahibkarlara göstərilən xidmətlərin səmərəliliyinin və sahibkar məmnunluğunun artırılması ilə bağlı təkliflər vermək;
  • Xidmət mərkəzində xidmət göstərən aidiyyəti dövlət qurumlarının və biznes subyektlərinin əməkdaşlarının fəaliyyətinə nəzarət edilməsini təmin etmək;
  • Xidmət mərkəzində göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsini təmin etmək;
  • Xidmət mərkəzində həyata keçirilən hər bir xidmətin obyektiv həyata keçirilməsi üzrə qiymətləndirmənin aparılmasını təmin etmək;
  • Xidmət mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

Namizədə dair tələblər:

 

- Ali təhsil tələbi: İqtisadiyyat və idarəetmə, Humanitar, Sosial, Texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil;

- Vətəndaşların müraciətlərinə baxılması haqqında qanun barədə məlumatlı olmalı; 

- Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;

- Agentliyin strukturu, nizamnaməsi, fəaliyyət istiqamətləri və dəstəkləri haqqında məlumatlı olmalı.

 

“Food City” Aqroparkında “Xaçmaz KOB evi”nin xidmət mərkəzinin aparıcı mütəxəssisi vəzifəsi üzrə əmək funksiyaları:

  • Verilmiş xidməti tapşırıqları icra etmək;
  • Daxil olan məktubları, ərizə və şikayətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra etmək;
  • Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı ölkə daxilində və xaricində keçirilən təlim və seminarlarda iştirak etmək;
  • Xidmət mərkəzində fəaliyyət göstərən aidiyyəti dövlət qurumları və biznes subyektləri ilə əməkdaşlığın həyata keçirilməsi istiqamətində verilmiş tapşırıqları icra etmək;
  • Xidmət mərkəzində fəaliyyət göstərən qurumların əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsində iştirak etmək;
  • Xidmət mərkəzində göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi üzrə verilmiş tapşırıqları icra etmək;
  • Sahibkarlara göstərilən xidmətlərin səmərəliliyinin təmin edilməsi, sahibkar məmnunluğunun artırılması istiqamətində qarşıya qoyulan tapşırıqları icra etmək;
  • Xidmət mərkəzində həyata keçirilən hər bir xidmətin obyektiv həyata keçirilməsi üzrə qiymətləndirmədə iştirak etmək.

 

Namizədə dair tələblər:

 

- Ali təhsil tələbi: İqtisadiyyat və idarəetmə, Humanitar, Sosial, Texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil;

- Vətəndaşların müraciətlərinə baxılması haqqında qanun barədə məlumatlı olmalı; 

- Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;

- Agentliyin strukturu, nizamnaməsi, fəaliyyət istiqamətləri və dəstəkləri haqqında məlumatlı olmalı.

 

 “Food City” Aqroparkında “Xaçmaz KOB evi”nin xidmət mərkəzinin mütəxəssisi vəzifəsi üzrə əmək funksiyaları:

  • Verilmiş xidməti tapşırıqları icra etmək; 
  • Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı ölkə daxilində və xaricində keçirilən təlim və seminarlarda iştirak etmək;
  • Xidmət mərkəzində fəaliyyət göstərən aidiyyəti dövlət qurumları və biznes subyektləri ilə əməkdaşlığın həyata keçirilməsi istiqamətində verilmiş tapşırıqları icra etmək;
  • Xidmət mərkəzində göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi üzrə verilmiş tapşırıqları icra etmək;
  • Sahibkarlara göstərilən xidmətlərin səmərəliliyinin təmin edilməsi, sahibkar məmnunluğunun artırılması istiqamətində qarşıya qoyulan tapşırıqları icra etmək;

- Xidmət mərkəzində həyata keçirilən hər bir xidmətin obyektiv həyata keçirilməsi üzrə qiymətləndirmədə iştirak etmək.

 

Namizədə dair tələblər:

 

- Ali təhsil tələbi: İqtisadiyyat və idarəetmə, Humanitar, Sosial, Texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil;

- Vətəndaşların müraciətlərinə baxılması haqqında qanun barədə məlumatlı olmalı; 

- Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;

- Agentliyin strukturu, nizamnaməsi, fəaliyyət istiqamətləri və dəstəkləri haqqında məlumatlı olmalı.

 

Vakant vəzifələrə dair şərtlər: 

 

- Tam iş günü, iş qrafiki I-V günlər. 

 

Agentliyin fəaliyyəti haqqında (qanunvericilik, dəstəklər, fəaliyyət istiqamətləri) www.smb.gov.az saytından məlumat əldə etmək olar. Maraqlı şəxslər CV-lərini (yalnız Azərbaycan dilində) KOB dostu vəzifəsi üzrə (region adı qeyd edilməklə) 29 fevral tarixinədək, “Food City” Aqroparkında “Xaçmaz KOB evi”nin xidmət mərkəzi üzrə isə 22 fevral tarixinədək [email protected] ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az