reklam

İnsan resursları mütəxəssisi (biznes səfərlərin təşkili üzrə) vakansiyası

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnsan resursları mütəxəssisi (biznes səfərlərin təşkili üzrə) vakansiyasını elan edir.

Təkliflər:

- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.

Vəzifə üzrə görüləcək işlər:

- Əməkdaşların daxili və xarici ezamiyyələri zamanı Agentliyin əməkdaşlıq etdiyi müəssisələr ilə birbaşa işləyərək aviabiletlərin bron edilməsi, alınması üçün sifarişlərin verilməsi və aidiyyəti işlərin görülməsi;
- Səfərlərin rəsmiləşdirilməsi üçün əsaslandırıcı sənədlərin toplanması;
- Viza tələbi olan ölkələrə ezamiyyələr zamanı Agentliyin əməkdaşları üçün vizanın alınması ilə bağlı proseslərdə dəstəyin göstərilməsi;
- Xarici ezam səfərləri zamanı əməkdaşların mehmanxanada yerləşdirilməsi üçün uyğun təkliflərin hazırlanıb təqdim edilməsi və bu prosesin koordinasiya edilməsi.

Tabe olduğu Təlim, inkişaf və qiymətləndirmə şöbəsinin cari fəaliyyətində aşağıdakı istiqamətlərdə dəstəyin göstərilməsi:
* Qiymətləndirmə prosesinin təşkilində iştirak;
* Təlim, inkişaf fəaliyyətləri ilə bağlı keçiriləcək tədbirlərin təşkilinə dəstək, qeydiyyatın aparılması;
* Sənədlərin toplanması və arxivləşdirilməsi;
* Məktubların yazılması;
* Ehtiyac yarandıqda departamentin fəaliyyət istiqaməti ilə bağlı layihələrdə aktiv iştirak etmək.

Namizədə tələblər:

- Ali təhsil;
- İnsan resursları, təlim və inkişaf, biznes səfərlərinin təşkili və ya layihələrin idarəedilməsi üzrə 1-3 il iş təcrübəsi;
- Səyahətlərin tənzimlənməsi üzrə tələb olunan prosedurlar barədə ətraflı bilik və bacarıqlar;
- Yüksək səviyyədə ünsiyyət, problem həll etmə, vaxtın idarə olunması, komandada işləmə bacarıqları;
- Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı (xüsusilə, Excel);
- Azərbaycan və ingilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (rus dili biliyi üstünlükdür).

Əlavə məlumatlar:

İş yeri: Lev Tolstoy 170
İş qrafiki: 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00


Vakansiya tələblərinə uyğun namizədlər 29.02.2024-cü il tarixinədək CV-lərini mövzu bölməsində vəzifənin adını qeyd edərək [email protected] ünvanına göndərə bilərlər.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az