Cümə, 22 Avqust, 2025

“Uğurlu Səhm” müsabiqəsi 2023


  • Dərc edildi: 8 Sentyabr, 2023 - 01:31
“Uğurlu Səhm” müsabiqəsi 2023

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində tələbələr arasında “Uğurlu Səhm” müsabiqəsinə start verir. Bu müsabiqədə tələbələr investisiya seçimi və təhlili bacarıqlarını nümayiş etdirərək sahə üzrə təcrübəli mütəxəssislərdən rəy alacaqlar.

 

“Uğurlu Səhm” (Stock Pitch) nədir?

 

“Uğurlu Səhm” – seçilmiş səhm üzrə investisiya ideyasının və ya tövsiyyəsinin xülasəsi dəməkdir. İştirakçı komandalardan gözlənilir:

 

  • tələb olunan xüsusiyyətlərə uyğun səhmin seçimi;
  • həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi;
  • təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi.

 

 

Müsabiqədə kimlər iştirak edə bilər:

 

  • bakalavr pilləsinin son iki ilində təhsil alan tələbələr;
  • magistratura pilləsində təhsil alan tələbələr;
  • 2023-cü ilin magistratura və bakalavr məzunları.

 

Müsabiqədə iştirak yalnız dörd nəfərdən ibarət komanda şəklində mümkündür.

 

Müsabiqə üzrə mükafatlar:

 

1-ci yer: 7 000 AZN

2-ci yer: 5 000 AZN

3-cü yer: 3 000 AZN

 

Həmçinin, müsabiqədə uğurla çıxış etmiş iştirakçılar ARDNF-də təcrübə keçmək imkanı əldə edəcəklər.

 

 

Müsabiqənin mərhələləri aşağıdakı kimidir:

 

18 sentyabr 2023Müsabiqədə iştirak üçün son qeydiyyat tarixi
25 sentyabr 2023Növbəti mərhələyə keçəcək komandaların açıqlanması
27 sentyabr 2023Seçilmiş komandaların təlimdə iştirakı, eləcə də səhmin seçimi və təhlili üçün göstərişlərin verilməsi
27 oktyabr 2023Səhm üzrə təhlilin təqdim edilməsi
3 noyabr 2023Yarım-final mərhələsinə keçəcək komandaların açıqlanması
8 noyabr 2023Yarım-final
10 noyabr 2023Final

 

Müsabiqəyə qoşulmaq üçün qeydiyyat formasını doldurmağınız və hər bir iştirakçının CV-sini əlavə etməyiniz xahiş olunur. Müraciətlər həm Azərbaycan, həm də ingilis dilində qəbul olunur.

 

Son qeydiyyat tarixi: 18 sentyabr 2023

Qeydiyyat

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 272
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7162
Sumqayıt Dövlət Univ...