Masallıda kənd təsərrüfatı sahibkarları üçün aqroturizm layihəsinin təqdimatı oldu
Azərbaycan Respublikasının Dövlət Turzim Agentliyinin qrant müsabiqəsi çərçivəsində maliyyələşən “Masallı rayonunda aqroturizm sahibkarlıq fəaliyyətinin qurulması və təşviqi” layihəsinin növbəti təqdimatı Masallı rayonunda çalışan kənd təsərrüfatı sahibkarları üçün olmuşdur.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Rafət Şirəliyev layihənin donoru, məqsədləri və komponentləri haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, layihə çərçivəsində məlumatlandırmadan sonra seçiləcək 15 sahibkar üçün 3 müxtəlif günlük təlimlər həyata keçiriləcəkdir. Təlimlərdən sonra biznes plan təqdim edən 3 sahibkara layihə çərçivəsində mal-material dəstəyi olacaqdır. Qurulacaq aqroturizm təsərrüfatlarının marketinq işləri görüləcək və həmin yerlərə infoturlar təşkil ediləcəkdir.
Daha sonra çıxış edən layihənin müəllifi Nemət Əliyev layihənin rayon üçün əhəmiyyəti və gözlənilən nəticələrindən bəhs etmişdir.
Növbəti çıxış edənlər Masallı DAİM-in rəisi Seymur Nuriyev və Masallı KOB Dostu Cavad Əzizov bu tip layihələrin kənd təsərrüfatı və turizm məhsullarının inkişaf etməsinə fayda verdiyini qeyd etmişdirlər.
Tədbirdə iştirak edən 20-dan çox kənd təəsrrüfatı sahibkarları üçün layihənin eksperti Samir Axundov və təlimçisi Samir Salayev tərəfindən aqroturizm nədir, aqroturizmin imkanları və faydaları, aqroturizmin iqtisadi təsiri və s. mövzuları əhatə edən təqdimat edilmişdir.
Sonda iştirak edənlərlə fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır. İştirak edən hər bir sahibkara sertifikatlar təqdim edilmişdir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur