Şənbə, 28 İyun, 2025

Qadınlara dəstək məqsədi ilə “Profity Co.” şirkətinin təşkil etdiyi “Qadın Gülərsə” sosial məsuliyyət layihəsində Əminət Diqanayeva “Bir dil mərkəzi” adlı təlim keçib


  • Dərc edildi: 30 Noyabr, 2024 - 05:31
Qadınlara dəstək məqsədi ilə “Profity Co.” şirkətinin təşkil etdiyi “Qadın Gülərsə” sosial məsuliyyət layihəsində Əminət Diqanayeva “Bir dil mərkəzi” adlı təlim keçib

Qadınlara dəstək məqsədi ilə “Profity Co.” şirkətinin təşkil etdiyi “Qadın Gülərsə” sosial məsuliyyət layihəsində Əminət Diqanayeva “Bir dil mərkəzi” adlı təlim keçib.

 

“Profity Co.” biznes ideyası və kiçik biznesi olan qadınlara dəstək üçün “Qadın Gülərsə” adlı layihəni təşkil edib. Layihə çərçivəsində qadınlara “Sahibkarlıq və innovasiya”, “Menecerlər üçün iqtisadiyyat”, “Biznesdə ictimaiyyətlə əlaqələr”, “Rəqəmsal marketinq” və s. müxtəlif mövzularda təlimlər keçirilir. 28 noyabr tarixində isə təlimçi qismində Əminət Diqanayeva çıxış edib. O, dil mərkəzi açdığı zaman yaşadığı təcrübələrdən yola çıxaraq iştirakçılara “Sıfırdan başlamanın önəmi”, “Biznesdə söykənilən dəyərlər”, “İş bölgüsü”, və “Əməkdaşlarla düzgün münasibət” mövzularında bilgi verərək müzakirələr aparıb. Təlim qadınlara öz bizneslərini idarə etmək üçün zəruri olan bilikləri təmin etmək məqsədi daşıyıb.

Qeyd edək ki, “Profity Co.” davamlı olaraq sosial məsuliyyət çərçivəsində təşəbbüskar addımlar atır və artıq “Qadın Gülərsə” layihəsi 5-ci dəfə həyata keçirilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 193
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 826
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 223
Sertifikatlaşdırmada...