Hal-hazırda “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi MMC MARKETİNQ VƏ SATIŞ ÜZRƏ KOORDİNATOR vəzifəsinə işçi axtarışı elan edir.
Marketinq və Satış üzrə Koordinatoru vəzifəsində çalışan yeni marketinq imkanlarının tədqiqat və inkişafı, biznes üzrə müştərəkliyi təmin etmək üçün yeni satış planlarının planlaşdırılması və həyata keçirilməsi üçün məsuliyyət daşıyırlar. Marketinq və Satış üzrə Koordinatorunun öhdəliyinə unikal satış planlarının yaradılması, cəlbedici reklamların, e-poçtların və tanıtım yazılarının yaradılması, qiymət strategiyalarının işlənib hazırlanması daxildir. Şirkətin brendini təmsil edir və bazarda rəqibləri müşahidə etməklə məhsul haqqında məlumatlılığı artırmaq üçün strategiyalar hazırlayır.
Vəzifəyə daxildir, lakin bunlarla məhdudlaşmır:
- Şirkətin bazarda yerləşdirilməsi strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Bazarın monitorinqi, marketinq araşdırması, səmərəliliyin təhlili;
- Fəaliyyətlərin hazırlanması və həyata keçirilməsi, yeni reklam kanallarının axtarışı;
- Şirkətin təqdim etdiyi cari, həmçinin yeni məhsul və xidmətlərin reklamını təşkil edilməsi;
- Müştəri bazasının genişləndirilməsi və şatışın təkmilləşdirilməsi məqsədi ilə PR və reklam layihələrinin hazırlanması;
- Müştəri bazasının genişləndirilməsi;
- Müntəzəm səfərlər edərək, onların ehtiyaclarını başa düşərək və yeni marketinq imkanlarını gözləməklə mühüm müştərilərlə əlaqələrin saxlanması;
- CRM modulu ilə işləmək (sms və e-poçt göndərişləri, müştəri bazasının idarə edilməsi);
- Xərc hesabatlarının hazırlanması və maliyyə departamentinə təqdim edilməsi.
- Satış kampaniyalarının təşkil edilməsi;
- Şirkətin satış üzrə proqnozlarının verilməsi;
- Satış və marketinq sahəsində görüləcək işlərin planlaşdırılması, tətbiq olunması və hesabatların hazırlanması.
- Tərəfdaşların cəlb edilməsi və onlarla ünsiyyət (Co-marketing)
- Müəssisə haqqında çıxan məlumatların monitorinqi və qiymətləndirilməsi;
- Dizayn və çap işlərində korporativ dizayn elementlərinin istifadəsinə nəzarət;
- Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərin həll edilməsi;
- Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar direktoru hesabatlandırır;
Tələblər:
- Jurnalistika, PR, marketinq və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsinə (təhsil sektorunda təcrübəsi olanlara üstünlük veriləcək), xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
- Marketinq kommunikasiyaları, rəqəmsal marketinq, layihələrin idarə edilməsi və tədbir təşkilatçılığı üzrə təcrübə;
- Kopiraytinq bacarıqlarına malik olmalı, pressreliz məqalələri yazmağı bilməlidir;
- MS Office proqramlarını mükəmməl dərəcədə bilməli;
- Microsoft Office paketi, veb analitika, Google AdWords və dizay proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Azərbaycan, İngilis dillərini mükəmməl bilməli, Rus dili arzuolunandır.
Fərdi keyfiyyətlər:
- Dəqiq və işinə qarşı məsuliyyətli olmalı və işə yaradıcı yanaşmalı;
- Güclü ünsiyyət və satış bacarığı;
- İş planlama və təşkil etmə bacarığı olmalı;
- Stressə davamlı və operativ olmalı
Təminatlar:
- Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir;
- İş qrafiki: Həftə içi 5 gün 08:30-17:30. İstirahət günləri (şənbə və bazar);
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
Müraciət etmə qaydaları:
Təsvir edilən vəzifə Sizin üçün maraqlıdırsa, təhsilverənlərin və təhsil sahəsi liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsil sahəsinin strategiyasının effektiv tətbiqinə dəstək olmaq istəyirsinizsə, onda müraciət etmək üçün 23 aprel 2023 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi [email protected] ünvanına göndərin. Mövzu hissəsində “Marketinq və Satış üzrə Koordinator” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
HR komandamızdan xəbər almağı gözləyin!
Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. YALNIZ CV-nin yoxlanılması əsasında uğur qazanan namizədlərlə e-poçt və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur