“Layihələrin idarəedilməsi üzrə menecerlik” proqramına qeydiyyat başladı

“Layihələrin idarəedilməsi üzrə menecerlik” proqramına qeydiyyat başladı. 

 

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “Layihələrin idarəedilməsi üzrə menecerlik” proqramı həyata keçiriləcək. 

1 ay müddətində davam edəcək layihənin əsas məqsədi layihələrin idarəedilməsi üzrə təhsil alan və karyera qurmaq istəyən gənclərin bu sahədə fərdi inkişana dəstək olmaq və təcrübi biliklərə yiyələndirməkdir. 

 Layihə çərçivəsində iştirakçılar üçün peşəkarlar tərəfindən 3 modul üzrə xüsusi proqram tədris olunacaq:

Layihələrin idarəedilməsinin əsasları, nizamnamə, kommunikasiya, maraqlı tərəflər

Məzmun, resurslar, vaxt cədvəli, büdcə

Satınalma, risk, keyfiyyət

 Qeyd edək ki, layihədə 17-26 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 30 gənc iştirak edəcək.

Tərəfdaşlar: PMO.az Layihə Düşüncə Məktəbi, ASAN İnnovativ İnkişaf Mərkəzi

Son qeydiyyat tarixi: 17 iyul, saat 22:00

Qeydiyyat linki: https://bitly.cx/JiqWy


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az