Bazar, 3 Avqust, 2025

Mühasib vakansiyası


  • Dərc edildi: 5 Yanvar, 2023 - 18:47
Mühasib vakansiyası

Vəzifə haqqında məlumat:

Mühasib vəzifəsinin icrası İdarəetmə Qrupunun fəaliyyətinin, həmçinin Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsinin təşkilindən ibarətdir.

Öhdəliklər:

  • Dövlət proqramı çərçivəsində yaranan xərclərin maliyyələşdirilməsi üçün maliyyə sifarişlərini hazırlamaq və maliyyələşdirən qurumla razılaşdırılmasını həyata keçirmək;
  • Sifarişlər üzrə yerli və xarici valyutada daxil olan vəsaitlərin proqram iştirakçılarının bank hesablarına və ya təhsil aldığı xarici ali təhsil müəssisələrinə köçürülməsini həyata keçirmək; 
  • Dövlət büdcəsinə məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqlarının, vergilərin ödənişlərini həyata keçirmək;
  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda əks etdirmək;
  • Mühasibat uçotunun hesablar planı üzrə uçota almaq və müvafiq müxabirləşmələri icra etmək;
  • Dövlət Proqramının fəaliyyətinin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak etmək;
  • Dövlət Proqramına və Dövlət Proqramı İdarəetmə Qrupuna aid olan aylıq, rüblük, illik bəyannamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluğa dair və.s) hazırlamaq;
  • Dövlət Proqramı İdarəetmə Qrupuna daxil olan bu kimi digər maliyyə xarakterli məktubların icra etmək;
  • Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyatın tənzimlənməsi ixtisas istiqamətləri üzrə ali təhsil;
  • Mühasib üzrə minimum 2 il iş təcrübəsi (büdcə təşkilatında iş təcrübəsinə üstünlük verilir);
  • İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarını, Azərbaycan Respublikasının vahid büdcə təsnifatı, Əmək qanunvericiliyinin əsaslarını və sahə üzrə digər qanunvericilik aktlarını bilmə;
  • Elektron maliyyə proqramlarını işlətmə bacarığı (1C və sair);
  • Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) – yüksək səviyyədə;
  • Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və İngilis dili – orta səviyyədə; Qeyd edilən dillər üzrə şifahi və yazı qabiliyyətinə sahib olma;
  • Yüksək ünsiyyət və kollektivdə iş bacarığı;
  • Təşkilati bacarıqlar.

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində “Mühasib” göstərilməklə elektron poçt ünvanına göndərməlidirlər. 

Son müraciət tarixi: 13.01.2023-cü il.

Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır. Dövlət Proqram haqqında daha ətraflı məlumat üçün www.dp.edu.az saytına daxil olmaqla əldə etmək olar. 

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5480
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 918
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 322
“İnnovativ məktəb” l...