Cümə axşamı, 4 Sentyabr, 2025

"Bərpa olunan hidrogen və yeni təchizat zəncirinin yaranması" adlı vebinar keçiriləcək


  • Dərc edildi: 11 Avqust, 2022 - 17:24
"Bərpa olunan hidrogen və yeni təchizat zəncirinin yaranması" adlı vebinar keçiriləcək

ARTİ-nin təşkilatçılığı ilə 26 avqust tarixində saat 18:30-da “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi və Azərbaycan Texniki Universitetində “Sabah Magistratura” proqramı çərçivəsində “Bərpa olunan hidrogen və yeni təchizat zəncirinin yaranması” adlı vebinar baş tutacaq. Vebinarda dekarbonizasiyanın əhəmiyyəti, bərpa olunan hidrogen və onun təchizat zəncirlərindəki rolundan danışılacaq.

Vebinarda spiker qismində Mert Çolakoğlu çıxış edəcək. O, bakalavr təhsilini 2006-2011-ci illərdə Türkiyənin Orta Şərq Texniki Universitetində (ODTÜ) “Sənaye mühəndisliyi” ixtisası üzrə, magistratura təhsilini isə İstanbul Texniki Universitetində “Enerji elmləri və texnologiya” ixtisası üzrə alıb, daha sonra isə İstanbul Texniki Universitetində “Enerji elmləri və texnologiya” ixtisası üzrə doktorantura təhsilini tamamlayıb. M. Çolakoğlu Türkiyə və Niderlandın müxtəlif şirkətlərində fəaliyyət göstərib və bu sahədə 10 ildən çox təcrübəyə malikdir. 
 
Vebinar təhsil işçiləri, iş dünyasının nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 23 avqust tarixinədək qeyd olunmuş keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.office.com/r/02PmhackAc

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1130
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 260
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8138
Sumqayıt Dövlət Univ...