Şənbə, 2 Avqust, 2025

Risklərin monitorinqi və araşdırılması üzrə təcrübəçi vakansiyası


  • Dərc edildi: 19 Sentyabr, 2023 - 23:55
Risklərin monitorinqi və araşdırılması üzrə təcrübəçi vakansiyası

“PAŞA Sığorta” ASC namizədləri Risklərin idarəolunması departamentində Risklərin monitorinqi və araşdırılması üzrə təcrübəçi vəzifəsinə müraciət etməyə dəvət edir.


Vəzifə və öhdəliklər:

Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq üçün dəstək göstərmək;
Risklərin monitorinqi və araşdırılması prosesində aylıq hesabatların hazırlanmasında dəstək olmaq;
Dələduzluq riski üzrə daxil olmuş insidentlərə dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi üçün dəstək olmaq;
Araşdırma prosesində risklərin qiymətləndirilməsi məqsədilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatların təhlil edilməsində dəstək olmaq;


Tələblər:

İqtisadi sahədə ali təhsil (Statistika və Riyazi maliyyəyə üstünlük verilir);
Peşəkar səviyyədə Rus və İngilis dilləri arzu olunandır;
Yaxşı səviyyədə Microsoft Office proqramları;


Bacarıqlar

Şifahi və yazılı ünsiyyət;
Məntiqi və analitik düşüncə;
Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.
Təqdimat bacarıqları;
Komanda daxilində işləmək bacarığı;
Təşəbbüskarlıq;

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5389
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 868
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 309
“İnnovativ məktəb” l...