Çərşənbə, 27 Avqust, 2025

“İngilis dilinin tədrisində Duolingo platformasının dəstəyi” layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 19 Oktyabr, 2022 - 19:46
“İngilis dilinin tədrisində Duolingo platformasının dəstəyi” layihəsinin açılış mərasimi keçirilib

11 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “İngilis dilinin tədrisində Duolingo platformasının dəstəyi” layihəsinin açılış mərasimi keçirilib.
Açılış Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 143 nömrəli tam orta məktəbdə baş tutmuşdur.
Açılışda Elm və Təhsil Nazirliyinin layihə eksperti Solmaz İsmayılova, 143 nömrəli tam orta məktəbin direktoru Elmar Həşimov, müəllimlər və valideynlər iştirak edib. 
Layihənin əsas məqsədi Duolingo platformasının köməyilə ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək təhsil alanların bu fənn üzrə yeni bilik əldə etməsinə və dil öyrənmə bacarıqlarının inkişaf etdirilməsinə dəstək verməkdir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Layihə sentyabrın 15-dən mayın 15-dək davam edəcək.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 669
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 135
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7524
Sumqayıt Dövlət Univ...