"Ana Dili" Azərbaycan Məktəbinə müəllim qeydiyyatı

"Ana Dili" Azərbaycan Məktəbinə müəllim qeydiyyatı

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün əhəmiyyətli layihənin tətbiqinə başlamışdır. Belə ki, iyulun 7-dən xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlamışdır. 2023-2024-cü tədris ilini əhatə edəcək layihədə dərslər təcrübəli müəllimlər tərəfindən interaktiv təlim metodu əsasında öncədən müəyyən olunmuş qrafik (cədvəl) üzrə həftədə 2-3 dəfə “Microsoft Teams” platforması üzərindən onlayn qaydada təşkil ediləcəkdir. Tədris proqramı ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumatların daxil edildiyi mövzular əsasında hazırlanmışdır.

Layihə çərçivəsində tədris prosesinin təşkili üçün Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən müəllim qəbulu elan edilir. Müəllim seçimi zamanı aşağıda göstərilən meyarlara diqqət yetiriləcəkdir:

• Namizədin Azərbaycan dilinin tədrisi sahəsində ən azı 1 il təcrübəsinin olması;
• MİQ imtahanında 100 baldan minimum 85 bal toplaması və ya ali təhsil müəssisələrində müəllim işləməsi;
• Müəllimlərin sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərməsi (50-dən yuxarı)
• Fərqli vaxt zonalarında yaşanlar üçün günün müxtəlif saatlarıda (axşam, gecə) dərs keçə bilməsi;
• Xarici dil bilikləri olanlara (rus, ingilis, alman, fransız, fars və s. dilləri);
• Rəqəmsal bacarıqları və ya texniki bilikləri (Microsoft Teams platforması ilə işləmə bacarığı) olması.
Qeyd edək ki, Azərbaycan dili müəllimləri ilə yanaşı rus, alman, fransız və fars dili müəllimləri də CV-lərini əlavə edə bilərlər. Ehtiyac yarandığı təqdirdə qiymətləndirmə zamanı həmin CV-lər nəzərdən keçiriləcəkdir.

Dərslər onlayn şəkildə keçiriləcəyi üçün müəllim namizədlərinin harada yaşaması ilə bağlı məhdudiyyət yoxdur.

Qeydiyyat linki:
https://forms.gle/JiQM8hbBzYzTSsSZ9 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az