Çərşənbə axşamı, 26 Avqust, 2025

“Münaqişələrdə İctimai Diskurs və Tənqidi baxış” təliminə qeydiyyat başladı!


  • Dərc edildi: 22 Noyabr, 2024 - 22:30
“Münaqişələrdə İctimai Diskurs və Tənqidi baxış” təliminə qeydiyyat başladı!

“Münaqişələrdə İctimai Diskurs və Tənqidi baxış” təliminə qeydiyyat başladı!

 

18-30 yaş arası gənclər üçün nəzərdə tutulan bu təlim, münaqişələrlə bağlı dezinformasiyanı anlamaq, fakt yoxlama bacarıqları öyrənmək və obyektiv yanaşma formalaşdırmaq imkanı yaradır. Nəzəri və praktiki sessiyalar analitik düşüncəni inkişaf etdirərək münaqişələrə yanaşmada  təsirli iştirakınıza dəstək olacaq. Təlim, münaqişələrdən təsirlənən, sosial elmlərə maraqlı və ya münaqişə transformasiyası ilə maraqlanan gənclər üçün nəzərdə tutulub.

Layihədə iştirak  tamamilə ödənişsizdir. Təlim sessiyalarına tam şəkildə qatılan iştirakçılar sertifikatla təmin ediləcəklər. Seçimlər əsasında uyğun namizədlər müsahibəyə dəvət olunacaq.

*Təlim Bakı şəhərində keçirilir və Bakıdan kənar iştirakçılar üçün nəqliyyat və qalma xərcləri qarşılanmır.

Təlimin keçirilmə tarixi: 14-15, 21-22 Dekabr, 2024

Son müraciət tarixi 5 dekabrdır.

Qeydiyyat linki:

https://forms.gle/DGmJUuvDJ28zeUqDA

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 634
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 123
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7485
Sumqayıt Dövlət Univ...