Cümə axşamı, 3 İyul, 2025

Nazirliyin yeni Vətəndaşlara Xidmət Mərkəzi fəaliyyətə başlayır


  • Dərc edildi: 16 May, 2023 - 11:33
Nazirliyin yeni Vətəndaşlara Xidmət Mərkəzi fəaliyyətə başlayır

15 may tarixindən Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzi (Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski 109, https://goo.gl/maps/KiQX4ba6bjBR7TFU6) fəaliyyətə başlayır. 

 

Vətəndaşlar sözügedən mərkəzə yaxınlaşmaqla aşağıdakı məsələlərə dair müraciətlərini ünvanlaya və yerindəcə həllini tapa bilərlər: 

 

- birinci siniflərə şagird qəbulu ilə bağlı qeydiyyat prosesi; 

- məktəbəhazırlıq qruplarına qəbulla bağlı qeydiyyat prosesi; 

- məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyat prosesi; 

- şagirdlərin elektron yerdəyişməsi.   

 

Qeyd edək ki, Bakı şəhərinin sakinləri yuxarıda qeyd olunan xidmətlər üzrə 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Vətəndaşların Qəbulu Mərkəzinə də müraciət edə bilərlər. Regionlarda yaşayan sakinlər isə regional təhsil idarələrinin qəbul mərkəzlərinə, eləcə də təhsil xidmətləri təqdim olunan “ASAN xidmət” mərkəzlərinə yaxınlaşa bilərlər. 

 

Eyni zamanda, yuxarıda qeyd edilən məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin “WhatsApp” xidməti (+994 051 206 78 48), 146 – 1 Çağrı Mərkəzi və portal.edu.az üzərindən də müraciət ünvanlamaq mümkündür. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 143
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 64
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 250
Məktəbəhazırlıq qrup...