Ekvayrinq şöbəsində mütəxəssis vakansiyası

“Rabitabank” ASC-nin Kart əməliyyatları departamentinin,  Ekvayrinq şöbəsinə mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir. 

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır. 

Vəzifə öhdəlikləri:

  • Kart və pin zərflərin personalizasiya etmək;
  • Pos-terminalların, embosserin və printerin işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • Pos-terminallar və embosserin quraşdırılmasını, xidmətini və profilaktik işlərini təmin etmək;
  • Maddi resursların (pos-terminallar, embosser, onların ehtiyyat hissələrinin və istehlaklarının) qeydiyyat və hesabatını aparmaq;
  • Pos terminal və elektron dükan şəbəkələri üzrə hesabatları aparmaq və təqdim etmək;
  • Pos-terminallarda və embosserdə texniki və məlumat təhlükəsizliyini təmin etmək və nəzarət etmək;
  • Pos-terminallar üzrə partnyorlar bazasını aparmaq və dəstəkləmək;
  • Bankın filiallarına, ticarət müəssisələri və partnyorlarına məsləhət və texnoloji dəstək etmək;

 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil; 
  • Texniki bacarıqlar və satış qabiliyyəti;
  • Ünsiyyətqurma bacarığı; 
  • Məsuliyyətli, təşəbbüskar olmaq;
  • Problemləri həll etmə bacarığı;
  • Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını “Ekvayrinq şöbəsinin mütəxəssisi” email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az