DOST Agentliyində vakant vəzifəyə qəbul elan edilir.

DOST Agentliyində vakant vəzifəyə qəbul elan edilir.

 

Təşkilat: Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi
Struktur bölmənin adı: İnsan resurslarının idarə edilməsi departamenti / Əmək münasibətlərinin tənzimlənməsi şöbəsi

Vəzifə: Şöbə müdiri

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

 

İşin təsviri:

  • İşçilərin işə qəbul, işdən azad edilmə əmrlərinin və digər sənədlərin düzgün hazırlanması, imzalanması və qeydiyyatının aparılmasını təmin etmək;
  • İşçi məlumatlarının mütəmadi olaraq yenilənməsi və həmin məlumatların uçotunun düzgün şəkildə əks olunmasını təmin etmək;
  • Kadr hərəkəti ilə bağlı məlumatların müvafiq elektron idarə etmə sistemlərinə (ƏMAS) vaxtında və düzgün formada daxil edilməsini təmin etmək;
  • Əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı həyata keçirilən əməliyyatların avtomatlaşdırılması ilə bağlı təkliflər hazırlamaq;
  • Məzuniyyətdən istifadənin qanunvericiliyə uyğun həyata keçirilməsinə və elektron uçotunun düzgün aparılmasına nəzarət etmək;
  • İşçilərin şəxsi işlərinin düzgün formada aparılmasını təşkil etmək;
  • Şöbənin fəaliyyət istiqamətinə dair sənədlərin saxlanılması və uçotunun müvafiq normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməsini təmin etmək;
  • Agentliyin Aparatı üzrə əmək haqqı tabelinin vaxtında və düzgün hazırlanmasına nəzarət etmək;
  • Şöbənin fəaliyyəti ilə bağlı aparılan əməliyyatların, məlumatların uçotunun aparılmasını təşkil etmək;
  • Tabeliyində olan işçiləri qanunvericilikdəki dəyişikliklər və daxili qaydalarla məlumatlandırmaq;
  • Şöbənin fəaliyyəti barədə departament müdirinə dövri hesabatlar təqdim etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq qayda və prosedurların hazırlanmasını təmin etmək;
  • Şöbənin işini təşkil etmək və ona rəhbərliyi həyata keçirmək.

 

Vəzifənin tutulmasına dair tələblər:

  • Təhsil tələbi:
  • Ali təhsil (iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu, humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsili olanlara üstünlük verilir).

 

  • İş stajına dair tələb:
  • Müvafiq sahədə və ya vəzifənin qulluq funksiyaları nəzərə alınmaqla azı 4 il iş stajı, o cümlədən rəhbər vəzifədə və ya idarəetmə sahəsində azı 1 il iş stajı;

 

  • Dil bilikləri:
  • Dövlət dili (sərbəst);
  • Rus və ingilis dili (üstünlükdür).

 

  • Kompüter bilikləri:
  • MS Office proqramları, xüsusilə MS Word və MS Excel – yaxşı səviyyədə
  • 1C (8.3 versiya) proqram təminatı – yaxşı səviyyədə

 

Bilməlidir:

  • Əmək Məcəlləsi, o cümlədən əmək münasibətləri üzrə mövcud qanunvericilik sənədləri barədə yüksək nəzəri və praktiki biliklər.

 

Əlavə məlumatlar

  • İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, 86;
  • İş qrafiki: Bazar ertəsi - Cümə (09:30-18:30).

 

Müraciət qaydası:

  • Namizədlər [email protected] e-mail ünvanının mövzu hissəsinə “Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinin müdiri” qeyd etməklə CV-ni göndərə bilərlər.
  • İşə qəbul mərhələsinə yalnız tələblərə cavab verən namizədlər cəlb ediləcəkdir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az