Bazar ertəsi, 2 İyun, 2025

İşəqəbul üzrə baş mütəxəssis vakansiyası


  • Dərc edildi: 2 Oktyabr, 2023 - 17:41
İşəqəbul üzrə baş mütəxəssis vakansiyası

Ümumi Vəzifə Öhdəlikləri

 

  • Bankın strategiyası və əməliyyat planına uyğun olaraq İşəqəbul Planının formalaşdırılması və idarə edilməsi;
  • İşəqəbul siyasəti və prosedurların nəzərdən keçirilməsi və yenilənməsi;
  • Vakant vəzifələrə yüksək potensiallı namizədlərin cəlb edilməsi və işə qəbulunun təmin edilməsi;
  • İşəqəbul prosesi çərçivəsində namizədlərin ilkin seçimi, testləşməsi və müsahibələrin təşkili;
  • İşəqəbul sahəsi ilə bağlı həftəlik və aylıq hesabatların hazırlanması və təqdim olunması;
  • Təcrübə proqramlarının təşkili və idarə edilməsi;
  • Əməkdaşların bankdaxili sahələr üzrə yerdəyişmələrinin idarə edilməsi;
  • Yeni əməkdaşlar üçün adaptasiya proqramının (Onboarding) təşkili və həyata keçirilməsi;
  • Yeni əməkdaşların sınaq müddətinin idarə edilməsi;
  • Bankı potensial namizədlərə tanıtmaq məqsədilə əmək yarmarkarları və digər tədbirlərdə iştirak;
  • İşəqəbul sahəsi ilə bağlı sorğuların cavablandırılması;
  • Rəhbərlik tərəfindən sahə üzrə verilən digər tapşırıqların icrası.

 

Namizədə Qarşı Tələblər

 

  • Ali təhsil (İnsan resursları, idarəetmə, psixologiya sahələri üzrə arzuolunandır);
  • İnsan resurslarının işəqəbul istiqaməti üzrə minimum 3 il iş təcrübəsi mütləqdir;
  • Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə mütləqdir;
  • İşəqəbul prosesi və prosedurları üzrə yüksək səviyyədə biliklər;
  • Səriştə əsaslı müsahibə haqqında biliklər;
  • Danışıqlar aparmaq bacarığı;
  • Çoxfunksiyalılıq, problem həlletmə və qərar vermə bacarığı;
  • İnandırmaq və təsir etmək bacarığı;
  • Təhlil etmək, yazılı məlumat və hesabat vermək bacarıqları.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində İşəqəbul üzrə baş mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Arzuolunan Tələblər

 

SHRM və ya CİPD sertifikatı olanlara üstünlük veriləcəkdir; Bank sahəsində təcrübə arzuolunandır; Yüksək səviyyədə idarəetmə, planlama, icraçılıq qabiliyyəti;

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 13
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 76
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 140
Lisey və gimnaziyala...