reklam

TƏBİB Tibbi sığorta departamentinin Sığorta işinin təşkili şöbəsinə Böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

Görəcəyiniz işlər:

Tibb müəssisələrində sığortaolunanlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən xidmətlər üzrə tibbi iddiaların formalaşması, iddiaların tam, dolğun və zamanında mövcud elektron vahid informasiya sisteminə (“e-TABİB”) daxil edilməsi üzrə standartlaşdırılmış vahid təlimatın hazırlanmasını təmin etmək;

Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq TƏBİB tərəfindən verilən əmr, sərəncamların tibb müəssisələrində icrasına nəzarəti təmin etmək;

Tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxsləri ilə mütəmadi görüşlər keçirmək və ehtiyac olduğu təqdirdə onları fəaliyyət istiqamətinə uyğun təlimatlandırmaq və ya aidiyyəti üzrə təlimlərin təşkil edilməsi üçün müraciət etmək;

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibbi-iqtisadi ekspertizanın aparılması qaydaları, tələb olunan ilkin tibbi sənədlərə dair tələblər barəsində tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxslərini məlumatlandırmaq;

Tibbi-iqtisadi ekspertizanın nəticələri əsasında tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxslərindən çıxarış səbəblərinin araşdırılmasını və növbəti hesabatlarda həmin nöqsanların aradan qaldırılmasını tələb etmək;

Tibb müəssisələri tərəfindən sığortaolunanlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə “e-TABİB” sistemində tətbiq ediləcək texniki tapşırıqların hazırlanmasını təmin etmək, “e-TABİB” sistemində proseslərin optimallaşdırılması üçün təkliflər vermək;

Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılmasını və cavablandırılmasını təmin etmək;

Fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, bilik və bacarıqların yaxşılaşdırılması məqsədilə xarici ölkələrin müvafiq strukturları ilə təcrübə mübadiləsi aparmaq və müvafiq təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək.

Bizim üçün uyğun namizəd:

Ali tibb təhsili

Sahə üzrə ən azı 3 il iş təcrübəsi

Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə)

Komandada işləmə bacarığı

Məsuliyyətlilik

İntizamlılıq

Gərgin iş rejimində çalışma bacarığı

Əlavə məlumatlar:

İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;

İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

CV-lər [email protected] ünvanına göndərilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sığorta işinin təşkili şöbəsi - böyük məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 


Son müraciət

19.10.2023


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az