Baş direktorun müavininin köməkçisi vakansiyası

Vəzifə: Baş direktorun müavininin köməkçisi 

Təsnifatı: Baş direktorun müavininə hesabat verir.

 Rəhbər üçün fərdiləşdirilmiş inzibati vəzifələri yerinə yetirir. 

Vəzifə öhdəlikləri 

 Gündəliyin hazırlanması prosesinə cavabdehlik daşıyır və nəzarət edir; 

Rəhbər üçün korporativ sənədlərin toplanıb saxlanmasını təmin edir; 

 Həssas və mürəkkəb məsələlərin peşəkar və obyektiv şəkildə həll edilməsində iştirak edir; 

 Görüşlər öncəsi bütün məlumatların rəhbər üçün mövcud olmasını təmin edir; 

 Departament və şöbələrlə koordinasiyada olur; 

 Rəhbərin görüş qrafikini, logistikasını və gündəliyini tənzimləyir; 

 Rəhbərin icra olunmalı qərarlarının şirkətdə vaxtında və düzgün yayılmasını təmin edir; 

 Əsas korporativ sənədləri və qeydləri saxlayır; 

 Rəhbər üçün hesabatların hazırlanmasını təmin edir; 

 Sənədlərin nizamnamə və normativ tələblərə uyğun olmasını təmin edir; 

 Rəhbərin qərarlarının həyata keçirilməsinə köməklik göstərir və mütəmadi olaraq qərarların icrasının statusu ilə bağlı rəhbəri məlumatlandırır; 

Tələblər: 

 Biznes, hüquq və ya dövlət idarəçiliyi sahəsində ali təhsil, magistr dərəcəsi üstünlükdür; 

 Müvafiq sahədə 3 ildən çox təcrübə, təşkilatçılıq və korporativ idarəetmə vəzifəsində təcrübəyə üstünlük verilir; Bilik və bacarıqlar: 

 Təfərrüatlara xüsusi diqqət yetirməklə mükəmməl planlaşdırma və təşkilatçılıq səriştəsi və güclü inzibati bacarıqlar; 

 Güclü yazılı və şifahi ünsiyyət bacarıqları; 

 Korporativ hüquq və korporativ idarəetmə anlayışı; 

 Məxfi və son dərəcə həssas məsələlərlə bağlı sağlam düşüncə, mülahizə, diplomatiya və yüksək əxlaqi keyfiyyətlər; 

 Azərbaycan, ingilis və rus dillərində işgüzar səviyyədə səlis danışıq bacarığı. 

Şirkət haqqında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələrini əks etdirməyə yönəlmiş doğru məzmunlu informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.

"Baş direktorun müavininin köməkçisi" qeyd etməklə CV -nizi [email protected] ünvanına yollaya bilərsiniz.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az