Təhsilin İnkişafı Fondu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir:
- Maliyyə və investisiyalar şöbəsi/ İnvestisiyalar üzrə baş mütəxəssis
Vəzifə öhdəlikləri:
- Əməliyyat və maliyyə məlumatlarının təhlil edilməsini, analitik təqdimatların və hesabatların hazırlanmasını təmin etmək;
- İnvestisiya layihələrinin dəyərləndirilməsini həyata keçirmək;
- Fondun həyata keçirdiyi layihələrin izlənilməsi və icrası ilə bağlı mütəmadi hesabatların hazırlanmasını təmin etmək;
- Proqnozlaşdırma və qiymətləndirmə məqsədli modellərin hazırlanmasını və tətbiq edilməsini təmin etmək;
- Bazar və investisiya risklərinin idarə edilməsini həyata keçirmək;
- İnvestisiya fəaliyyətinə dair əqdləri icra etmək;
- Bazardakı investisiya imkanlarını araşdırmaq və təkliflər vermək;
- İşəgötürən və birbaşa rəhbəri tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar:
- Maliyyə, Menecment və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil;
- Azərbaycan və ingilis dilləri üzrə sərbəst danışıq və yazı qabiliyyəti (rus dili üzrə isə arzuolunandır);
- Beynəlxalq sertifikatlara (ACCA, CFA, CİMA və ya FRM) malik olması arzu olunandır;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Müvafiq sahə üzrə minimum 3 (üç) il iş təcrübəsinə malik olmaq;
- Analitik düşünmə, gərgin iş rejimində işləmə, çevik qərar-vermə və problemi həll etmə bacarıqları;
- Maliyyə təhlili və modelləşdirmə bacarıqları (maliyyə proqnozları);
- Nizam-intizam qaydalarına riayət;
- Komanda işi.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Son müraciət tarixi: 01.04.2024-cü il
İş qrafiki: 5 günlük (09:00-18:00)
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur