Çərşənbə, 14 May, 2025

Beynəlxalq startap müsabiqəsində iştirak etmək istəyən tələbələrin nəzərinə!


  • Dərc edildi: 29 Aprel, 2025 - 21:10
Beynəlxalq startap müsabiqəsində iştirak etmək istəyən tələbələrin nəzərinə!

Hörmətli tələbələr!

27 may 2025-ci il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) və Pakistanın Milli Elm və Texnologiya Universitetinin (National University of Sciences and Technology – NUST) birgə təşkilatçılığı ilə “İnnovativ və Yaradıcı Həllərin Tapılması (FICS)” adlı beynəlxalq startap müsabiqəsinin ilk mərhələsi keçiriləcək.

FICS Pakistan İslam Respublikasının 2013-cü ildən etibarən hər il keçirilən ən böyük startap müsabiqəsidir. AzTU artıq ikinci ildir ki, tədbirə ev sahibliyi edir.

Müsabiqəyə təqdim olunan bütün layihələr Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) uyğun olmalıdır. https://sdg.azstat.gov.az/az/summary-goals

Müsabiqə ingilis dilində keçiriləcək.

Müsabiqədə komanda iştirakı tələb olunur.

Komandada üzvlərin sayı minimum 2, maksimum 5 nəfər ola bilər.

Qeydiyyat üçün link

Müraciət üçün son tarix: 18.05.2025 

QEYD: Birinci mərhələnin qalibləri Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçiriləcək final mərhələsində iştirak haqqı qazanacaqlar.   

Müsabiqədə iştirak etmək istəyən şəxslər əlavə məlumat, öz layihələrinin ilkin müzakirəsi və qeydiyyat üçün “SmartTech İnovatorlar Mərkəzi”nin əməkdaşları Mirsahib Ağazadə (050 344 27 79) və Ömər Ələsgərovla (099 840 44 34)  ilə əlaqə saxlaya bilərlər.  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 196
Azərbaycan Respublik...
Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 139
Müəllimlərin sertifi...
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13 May, 2025 - 08:07 129
Doktorantura səviyyə...